Əfqanıstan ordusu Loqar əyalətində terrorçuların təlim mərkəzini məhv edib
Bakı, 14 avqust, AZƏRTAC
Əfqanıstan ordusu ölkənin şərqində yerləşən Loqar əyalətinin Bəraki Barak inzibati dairəsində hərbi əməliyyat keçirib.
AZƏRTAC DawnNews saytına istinadla xəbər verir ki, avqustun 12-14-də keçirilən əməliyyatlarda səkkiz silahlı öldürülüb və terrorçuların təlim mərkəzi məhv edilib. Bu barədə Əfqanıstan ordusunun qərargahından yayılan məlumatda bildirilir.
Qeyd olunur ki, Bəraki Barak inzibati dairəsindəki Taqab rayonunda “Taliban” silahlılarının istehkamlarını məhv etmək üçün əlaqəli şəkildə aparılan hərbi əməliyyatlarda səkkiz silahlı öldürülüb və terrorçu kamikadzelərin hazırlandığı təlim mərkəzi yerlə-yeksan edilib. Zərərsizləşdirilmiş silahlıların arasında “Taliban” hərəkatının iki yerli komandiri - Molla Nakib və Xalid də olublar. Hərbi əməliyyat nəticəsində silahlıların böyük miqdarda silah-sursat olan anbarı da partladılıb.
“Taliban” hərəkatının yerli komandirləri ordu qərargahının məlumatını şərh etməyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]