Əfsanəvi futbol hakimi Tofiq Bəhramovun xatirəsi yad edilib
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun anadan olmasının 95-ci ildönümüdür.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, bununla əlaqədar veteran və hazırda fəaliyyətini davam etdirən hakimlər Tofiq Bəhramovun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.