Əfsanəvi “Visente Calderon” tarixə qovuşub
Madrid, 23 may, AZƏRTAC
Növbəti bazar günü İspaniya futbol tarixində yaddaqalan günlərdən olacaq. Yəni mayın 28-də Madridin “Atletiko” klubu yeni stadionunda ilk oyununa çıxacaq. İspanların “La Peineta2" kimi tanıdığı “Wanda Metropolitano” stadionu klubun oyunlarına ev sahibliyi edəcək.
Ötən bazar günü isə klubun azarkeşləri əfsanəvi “Visente Calderon” stadionunda son oyunu izləyiblər. Bu stadion artıq tarixə qovuşacaq.
Yeni 67 min nəfərlik stadionda isə “Atletiko” klubunun oyunları ilə yanaşı, həm də beynəlxalq futbol matçları keçiriləcək. Stadionun 5 il müddətinə baş sponsoru Çinin “Wanda Gropup” şirkəti olacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid