ƏHALİNİN BANKLARDAKI ƏMANƏTLƏRİNİN MƏBLƏĞİ 1,7 MİLYARD MANATA ÇATMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin 7 ayında əhalinin banklardakı əmanətlərinin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 62,8 faiz artaraq 1,7 milyard manata çatmışdır.
Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 842,3 milyon manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 819,3 milyon manat olmuşdur.