MƏDƏNİYYƏT
“Ekiyat” kukla teatrının təqdim etdiyi tamaşa maraqla qarşılanmışdır
Bakı, 14 noyabr (AZƏRTAC). Noyabrın 14-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Cırtdan” II Beynəlxalq kukla teatrları festivalı çərçivəsində Tatarıstanın “Ekiyat” Tatar Dövlət Kukla Teatrı “Keçi və qoyun” tamaşasını nümayiş etdirmişdir.
AZƏRTAC xəbər verir ki, Qabdulla Tukayın eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın süjeti varlı və kasıblar arasında gedən əbədi konfliktə həsr olunmuşdur. Bu nağılın gözəl bir mənası var: təmiz, saf, xeyirxah ürək sahibi olan insan həyatda möcüzələr yaratmağa qadirdir.
Tamaşanın quruluşçu rejissoru İlfət Zinnurov, baletmeysteri Quliya Mannapovadır.
Tamaşa balaca teatrsevərlər tərəfindən rəğbətlə qarşılamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.07.2024 [18:27]
Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib
- 04.07.2024 [17:58]
Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia
- 04.07.2024 [16:54]
Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib
- 04.07.2024 [15:59]
Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
- 04.07.2024 [15:27]
Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub
- 04.07.2024 [15:22]
Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub
- 04.07.2024 [11:32]
ADMİU məzununun quruluş verdiyi əsər Gənc Tamaşaçılar Teatrının səhnəsində
- 04.07.2024 [10:50]
“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir
- 03.07.2024 [19:39]