Azərbaycan Dövlət İnformasiya Agentliyi

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ HÜSEYN BAĞIROVUN ÇIXIŞI

- Zati-aliləri cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizin müstəqilliyini möhkəmləndirmək, siyasi sabitliyi birdəfəlik olaraq həyatımızın normasına çevirmək və sosial-iqtisadi sahələrin sürətli inkişafını təmin etməklə bərabər, ətraf mühit problemlərinin həlli, bu sahədə vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə 2001-ci ildə ətraf mühitin müxtəlif sahələrində fəaliyyət göstərən ayrı-ayrı dövlət qurumlarının birləşdirilərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması haqqında Fərman imzaladı. Nazirlik qarşısında ölkədə ekoloji durumun sağlamlaşdırılması sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vəzifələri qoyuldu.

Ötən dövr ərzində aparılmış məqsədyönlü dövlət siyasəti və Sizin tərəfinizdən, cənab Prezident, bu siyasətin uğurla davam etdirilməsi, ətraf mühit problemlərinin həllinə göstərdiyiniz xüsusi diqqət və qayğı nəticəsində bir sıra irəliləyişlər əldə edilmişdir.

İcazə verin, bu sahədə 2005-ci ildə görülmüş işlər barədə Sizə hesabat verim.

Qonşu ölkələrdə tamamilə dağılmış ətraf mühit üzrə monitorinq sistemi respublikada ətraf mühit komponentləri olan havanın, torpağın və suyun çirklənmə vəziyyətinə səmərəli nəzarətin həyata keçirilməsi məqsədi ilə bilavasitə Sizin tapşırığınızla tam bərpa edilmişdir. Müasir tələblərə cavab verən cihaz və avadanlıqla təchiz olunmaqla, ətraf mühitdə əvvəllər təyin edilməsi mümkün olan 30 çirkləndirici əvəzinə, 3000-ə qədər təhlükəli çirkləndiricinin müəyyənləşdirilməsinə imkan verən 8 laboratoriyanın fəaliyyəti yenidən təşkil edilmiş, analitik tədqiqat işləri avtomatlaşdırılaraq, müasir tələblər səviyyəsinə çatdırılmışdır.

İndi atmosferin, daxili su hövzələrinin, transsərhəd çayların keyfiyyət göstəriciləri, habelə radioaktiv fon üzərində aparılan monitorinqin nəticələri gündəlik, ongünlük və aylıq bülletenlərdə çap olunaraq, aidiyyəti dövlət strukturlarına təqdim olunur, internetdə yerləşdirilir.

Əsas ekoloji problemlərdən hesab olunan, ölkə ərazisinə xaricdə formalaşaraq daxil olan çaylarda süyün keyfiyyətinə operativ nəzarət edilməsi məqsədi ilə Qazax və Beyləqan rayonlarında müasir standartlara cavab verən analitik tədqiqat laboratoriyaları yaradılmış və istifadəyə verilmişdir.

Təhlükəli tullantıların yerləşdirilməsi üçün Bakı-Rusiya sərhədi yolunun 26 kilometrliyində - Sumqayıtın 11 kilometrliyində müasir tələblərə cavab verən poliqon tikilərək istifadəyə verilmiş və burada artıq 40 min kubmetr civə tərkibli zəhərli tullantının xüsusi şəraitdə saxlanılması təmin edilmişdir.

Ölkədə, xüsusilə respublikanın iri şəhərlərində bərk məişət tullantılarının idarə olunmasına dair proqram layihəsi hazırlanmışdır.

Bioloji müxtəlifliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi məqsədi ilə ölkədə ilk dəfə olaraq, xüsusi mühafizə olunan təbiət ərazisi vahidi kimi, ümumi sahəsi 114 min hektar olan 6 milli park yaradılmışdır. Bu iş 2005-ci ildə də davam etdirilmişdir.

Hörmətli cənab Prezident!

Yeni yaradılmış milli parklardan bir neçəsinin rəsmi açılışında Sizin şəxsən iştirak etməyiniz, bu sahədə mövcud olan maneələrin aradan qaldırılmasına ciddi mesaj vermiş, ölkəmizdə bu sahəyə olan diqqəti əyani nümayiş etdirmişdir.

“Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişafı proqramı”nın icrası uğurla davam etdirilmiş, Finlandiya istehsalı olan ən müasir avtomatik meteoroloji stansiyalar (5 komplekt) və digər müasir ölçü cihazları quraşdırılmaqla, dövlət hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi davam etdirilməkdədir.

Ölkədə ətraf mühitin mühafizəsi sahəsində əsas fəaliyyət “çirkləndirən ödəyir” prinsipi əsasında qurulmuş, nəticədə ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna daxilolmalar nəzərəçapacaq dərəcədə artırılmışdır. Belə ki, 2004-2005-ci illərdə fonda 4,55 milyard manat vəsaitin ödənilməsi təmin edilmişdir ki, bu da 2002-2003-cü illərlə müqayisədə (2,22 milyard man.) 2 dəfə çoxdur.

2001-ci ildən bu günədək aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində, 4 yeni qızıl yatağı da daxil olmaqla, 53 (2005-ci ildə 14) faydalı qazıntı yatağı aşkar edilmiş, ölkənin bu istiqamətdə sənayesinin inkişafı üçün şərait yaradılmışdır.

Geoloji-kəşfiyyat işlərinin daha səmərəli aparılmasının təmin edilməsi üçün Fiziki-Kimyəvi Tədqiqatlar Mərkəzinin fəaliyyəti, demək olar ki, sıfırdan başlayaraq, yenidən təşkil edilmişdir.

Hörmətli cənab Prezident!

Fürsətdən istifadə edərək, geoloji-kəşfiyyat işlərində əldə edilmiş bir nailiyyəti də diqqətinizə çatdırım. Azərbaycan tarixində ilk dəfə olaraq, yeni kəşf edilmiş səpinti qızıl yataqlarında aparılmış sənaye-sınaq-kəşfiyyat işləri nəticəsində 573,3 qram miqdarında yüksək əyarlı sərbəst qızıl əldə olunmuşdur və bunu Sizə nümayiş etdirmək istərdim.

Cənab Prezident, yeni kəşf olunan qızıl yataqlarından 2004-cü ildə Sizin tapşırığınızla alınmış qurğuların köməyi ilə kəşfiyyat, həm də sənaye təcrübə işləri aparılarkən bu cür qızıl əldə olunmuşdur.

İLHAM ƏLİYEV: Azərbaycanın ilk təbii qızılı. Yəni bundan əvvəl Azərbaycanda belə miqyasda təbii qızıl olmayıbdır.

HÜSEYNQULU BAĞIROV: Bəli, belə miqyasda yox idi, olmayıb. Kəşfiyyat-axtarış işləri aparılıb, tapılıbdır. Ola bilsin, qədim zamanlarda, min il, beş yüz il əvvəl Azərbaycanda olubdur.

İLHAM ƏLİYEV: Bu, hansı yataqdan çıxarılıbdır?

HÜSEYNQULU BAĞIROV: Naxçıvanda və Kiçik Qafqaz dağlarındakı yataqdan çıxarılıbdır. Ümumiyyətlə, bu sahədə aparılan işlərin nəticəsidir.

Cənab Prezident, Sizin tapşırığınıza əsasən, əldə olunan bu təbii qızıl nümunəsi Azərbaycan Tarixi Muzeyində saxlanılmaq üçün qanuni şəkildə təqdim olunacaqdır.

Sizin tapşırığınıza əsasən, Abşeron yarımadasının yararsız vəziyyətə düşmüş torpaq sahələrinin, o cümlədən Heydər Əliyev adına beynəlxalq hava limanının ətraf ərazilərinin, Bibiheybət ərazisinin, Heydər Əliyev prospektinin aeroport yolu hissəsinin, Abşeron göllərinin, Bakı buxtasının ekoloji vəziyyətinin bərpa edilməsi məqsədi ilə irimiqyaslı tədqiqat işləri aparılmış, layihə təklifləri hazırlanmışdır. Bu problemlərin ölkə iqtisadiyyatı inkişaf etdikcə, imkanlar artdıqca mərhələlərlə həll edilməsi mümkündür.

Azərbaycanın su ehtiyatlarının 70 faizinin ölkə ərazisindən kənarda formalaşması və Gürcüstanla müqayisədə su ehtiyatının təqribən 6 dəfə az olması, Kür və Araz çaylarının qonşu dövlətlərin ərazilərində həddindən artıq çirklənməyə məruz qalması, əhalinin, əsasən də Kür və Arazboyu yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə təmin edilməsinə diqqəti cəlb edir.

Hörmətli cənab Prezident! Yeri gəlmişkən, məlumat verim ki, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin keyfiyyətli içməli suya olan tələbatının yaxşılaşdırılması barədə verdiyiniz tapşırığın icrası olaraq, Oğuz-Qəbələ sahəsində yeraltı suların kəşfiyyatı uğurla davam edir. Qazılmış quyularda ehtimal olunandan 2-3 dəfə artıq su ehtiyatı müəyyən edilmişdir. Bu şəkil həmin prosesi nümayiş etdirir.

Zati-aliləri cənab Prezident!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çoxminli kollektivi adından Sizi əmin etmək istəyirəm ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin tərəfinizdən uğurla, qətiyyətlə, Sizə xas olan dəmir iradəyə söykənərək davam etdirilən siyasətin, o cümlədən ətraf mühit strategiyasının həyata keçirilməsi üçün üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, respublikamızın ekoloji mühitinin sağlamlaşdırılmasına nail olacağıq.

İLHAM ƏLİYEV: Mən tapşırmışam ki, ekoloji proqram hazırlansın. Siz bu işlə məşğulsunuz. Biz gərək buna böyük diqqət göstərək, bizim iqtisadi imkanlarımız artır, maddi resurslarımız artır. Azərbaycanın və Bakının ekoloji vəziyyətini biz gərək yaxşılaşdıraq. Çünku xüsusilə Bakıda, Abşeron yarımadasında vəziyyət o qədər də ürəkaçan deyildir. Ona görə proqramı hazırlayın. Yəqin ki, biz ayrıca müşavirə keçirəcəyik və bütün bu məsələləri müzakirə edəcəyik.

Bu qızılı da apar, muzeyə qoyarsınız.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb