Azərbaycan Dövlət İnformasiya Agentliyi

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ HÜSEYNQULU BAĞIROVUN ÇIXIŞI

-Zati-aliləri сənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Müstəqil Azərbaycanın dövlət quruculuğunda Sizin möhkəm iradə və əzmlə etdiyiniz rəhbərlik, çəkdiyiniz titanik zəhmət hesabına ulu öndərimiz Heydər Əliyev ideyalarının reallaşdırılması nəticəsində həyata keçirilən uğurlu xarici siyasət, ədalətli iqtisadi və sosial islahatlar, nəhəng inkişaf potensialına malik neft strategiyası bu gün özünün bəhrələrini verməkdədir. Müasir qloballaşma dövrünün, yaşadığımız zamanın ortaya qoyduğu və bütün ölkələrin çarpışmalı olduğu çağırışları Siz düşünülmüş, aydın cavablarla qarşılayır, ölkəmizi, xalqımızı Sizə xas olan qətiyyətlə bu çağırışlardan doğan təhdidlərdən qoruyaraq irəli aparırsınız.

Bugünkü iclas ölkəmizin indisi, gələcəyi üçün heç də başqa sahələrdən az əhəmiyyətli olmayan, xalqımızın gələcək vəziyyətinin müəyyənləşdirilməsi baxımından vacib olan məsələyə həsr edilmişdir. Sizin qətiyyətlə, uzaqgörənliklə qoyduğunuz məsələlərin aktuallığı, vacibliyi onların həyata keçirilməsində özünü bariz nümayiş etdirir.

Bu gün Azərbaycan öz ehtiyaclarını ödəməyə qadir yetərincə suyun sahibi olmasına baxmayaraq, bir çox qonşu dövlətlərlə müqayisədə dəfələrlə az şirin su ehtiyatlarına malik ölkədir.

Şirin suyun iqtisadiyyatın bir çox sahələrində, habelə insan həyatında vacibliyi, zəruriliyi hamıya məlumdur. Hazırda Azərbaycan Respublikasının 35-36 milyard kubmetr şirin su ehtiyatları vardır. Bunun təxminən 26-27 milyard kubmetri Kür və Araz çaylarının gətirdiyi sulardır ki, bu da keçən əsrin əvvəllərindən bəri qonşu ölkələrdə artmaqda olan çirklənməyə məruz qalır.

Bundan əlavə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Araz və Kür çaylarının qollarının da ağır dərəcədə çirklənmələrə məruz qalması Ermənistanın Azərbaycana qarşı apardığı total və təcavüzkar müharibənin arqumenti kimi görünür. Bu isə o deməkdir ki, təsəvvür edə biləcəyimiz perspektivdə bu çayların Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxunu təşkil edən sularının keyfiyyətinin yaxşılaşacağını gözləmək çətindir və hətta beynəlxalq hüquq çərçivəsində də buna təsir etmək imkanları geniş deyildir. Qonşu ölkələr müvafiq beynəlxalq konvensiyalara qoşulmaqdan hələ ki, imtina edirlər.

Belə vəziyyət bu çayların suyundan istifadə edən əhalinin müxtəlif xəstəliklərə məruz qalması təhlükəsi yaradır. Ona görə də, transsərhəd çaylarda, o cümlədən işğal olunmuş ərazilərdən ölkəyə daxil olan çaylarda suyun keyfiyyətini daim nəzarətdə saxlamaq məqsədi ilə Qazax və Beyləqan rayonlarında müasir tipli analitik tədqiqat laboratoriyaları yaradılmış, müasir cihaz və avadanlıqla təchiz edilmişdir. Operativ rejimdə fəaliyyət göstərən bu laboratoriyalarda aparılan monitorinqin nəticələri əsasında 10 günlük bülletenlər hazırlanaraq əlaqədar dövlət strukturlarına, qərar qəbul edən şəxslərə təqdim olunur və internet səhifəsində yerləşdirilir.

Əslində, cənab Prezident, Siz “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” və “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2007-ci il 20 iyun tarixdə imzaladığınız sərəncamlarla elə bir strategiyaya imza atmısınız ki, bu, qonşu ölkələr indi də, gələcəkdə də ölkəmizə daxil olan su ehtiyatlarını nə qədər çirkləndirsələr belə, Azərbaycanın bu təhlükələrin qarşısını ala biləcəyinə əsas yaradır.

Sərəncamınıza uyğun olaraq, Sizin də qeyd etdiyiniz kimi, ölkənin 50 yaşayış məntəqəsində hər kəndin istifadə etdiyi çay və ya kanalın suyunun tərkibinə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun hazırlanmış, sutkada 20-30 kubmetr su təmizləyən qurğular quraşdırılmışdır. Həmin 50 kənddə 170 kilometrə yaxın bölüşdürücü şəbəkə çəkilmiş, 404 supaylayıcı bulaq-məntəqələri tikilmiş, su mənbələrindən təmizləyici qurğulara qədər 3 kilometrdən çox borular çəkilmiş, abadlaşdırma işləri aparılmışdır. Nəticədə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarında yaşayan və Azərbaycanda bu günə qədər ən keyfiyyətsiz sudan istifadə etməyə məcbur olan 55 min insan (birinci mərhələdə ən pis sudan istifadə edən kəndlər seçilmişdir) qısa zamanda adambaşına gündə 20-25 litr hesabı ilə keyfiyyətli içməli su ilə təmin olunmuşdur.

Möhtərəm cənab Prezident, bu o deməkdir ki, istifadə etdiyi suyun keyfiyyətinə görə sonuncu yeri tutan təxminən bütöv bir rayonun əhalisi qədər insan ən qısa zamanda Sizin göstərişiniz əsasında və nəzarətiniz altında ən keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Bəzi yerlərdə elektrik xətlərində gərginliyin az olması ilə bağlı problemləri həll etmək üçün (Neftçala və Salyan rayonlarının kəndlərində belə bir problem qalmışdır) külək və günəş enerjisindən istifadə zəruridir. Sizin göstərişinizə əsasən, qurğuların gələcəkdə külək və günəş enerjisindən istifadə edən generatorlar əsasında fəaliyyətə keçməsi üçün layihə hazırlanmışdır. Bunun xərcinin 50 faizini Azərbaycan hökuməti ödəmiş olarsa, qalan yarısını ödəməyi beynəlxalq strukturlar öhdəsinə götürmüşlər. Belə olan halda, bütün qurğular tam şəkildə yerlərdə istehsal olunan enerji əsasında fəaliyyət göstərə biləcəkdir. Yerdə qalan enerji ehtiyatından, - bu, təxminən 20-25 kilovat enerji deməkdir, - kənddə məktəbin kompyuter sinfi və ya xəstəxanası istifadə edə bilər.

Bu prosesin ikinci mərhələsində daha 12 rayonun (Ağcabədi, Biləsuvar, Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Naxçıvan Muxtar Respublikasının Şərur və Culfa rayonları) 50 kəndində təmizləyici qurğuların tikilib quraşdırılmasına hazırlıq işləri gedir. Bunlar nisbətən böyük kəndlərdir və 112 min əhalini əhatə edir, bəzi kəndlərdə 50-60 qurğu quraşdırmaq lazım gələcəkdir.

Müvafiq icra hakimiyyətləri ilə razılaşdırılmaqla, Azərbaycanda suyun keyfiyyətində problemlər olan və 504 min əhalini əhatə edən 337 kənd müəyyənləşdirilmişdir. Sizin tapşırığınıza əsasən həyata keçiriləcək və məsələyə məhz strateji yanaşmanı əks etdirən tədbirlər nəticəsində 700 minə yaxın əhali Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan sudan istifadə edəcəkdir. Bu da onların səhhətinə təsir edən mənfi halların aradan qaldırılmasına şərait yaratmaqla bərabər, ölkə xaricində yaranan ekoloji təhdidlərdən birini səmərəli surətdə neytrallaşdıracaqdır.

Bu tədbirlər 2015-ci ilə qədər təhlükəsiz içməli su ilə təmin olunmayan əhalinin sayının iki dəfə azaldılması və keyfiyyətli su ilə təmin etmək barədə Birləşmiş Millətlər Təşkilatının 2002-ci ildəki çağırışına Azərbaycan tərəfindən vaxtından əvvəl və tam cavab verilməsi, ümumiyyətlə, bu problemin aradan qaldırılması ilə nəticələnəcəkdir.

Kəndlərdə içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə quraşdırılmış modul tipli sutəmizləyici qurğuların istismarının təşkili, eləcə də suyun keyfiyyətinə daimi nəzarət edilməsi üçün müvafiq bələdiyyələrin nümayəndələrinə xüsusi təlim keçirilmişdir. Eyni zamanda, nazirlikdə texnoloji nəqliyyat vasitələri ilə təmin edilmiş idarə də yaradılmışdır. Hazırda işin öhdəsindən səmərəli şəkildə gəlirlər. Biz hər gün məlumat alırıq və yerlərdə hansısa texniki nasazlıq yaranan kimi, bunu aradan qaldıra biləcəyik.

Cənab Prezident, sutəmizləyici qurğuların quraşdırıldığı dövrdə daxil olan çoxsaylı məktublarda əhali bu sahədə həyata keçirilən tədbirlərlə bağlı Sizə öz dərin və çox səmimi minnətdarlığını bildirir. Çünki bu, həmin kəndlərin hər bir sakininə Sizin fərdi qayğınız deməkdir.

Kür və Araz çaylarından başqa, qalan şirin su ehtiyatlarımızın 4-5 milyard kubmetri yeraltı suların, təxminən bir o qədəri də ölkə daxilindəki digər çayların payına düşür. Bu baxımdan su ehtiyatlarından səmərəli istifadə edərək, Oğuz-Qəbələ-Bakı kəməri vasitəsilə qarşıdakı tarixi dövr üçün paytaxtın su probleminin həlli sahəsində qəbul etdiyiniz qərarlar, xüsusilə onların icrası üçün qüvvələri səfərbər etmək və nəhəngliyi ilə seçilən layihənin maliyyə vəsaitini heç bir borca girmədən təmin etmək bacarığı Sizin fəaliyyətinizin əlamətdar göstəricisidir.

Eyni zamanda, ölkənin şimal-şərqindəki nisbətən kiçik çayların dənizə axan suları hesabına nəhəng su anbarının yaradılması nəinki indiyə, həm də onilliklərə, hətta yüzilliklərə hesablanmış möhtəşəm və sanballı qərardır. Bununla bərabər, ölkəmizin yeraltı və kiçik daxili çaylardakı su ehtiyatlarının qorunması üçün əlavə tədbirlərin görülməsi su strategiyamızı daha davamlı edə bilər. Minlərlə kəndimizdə, xüsusən yeraltı su ehtiyatları üzərində və çoxsaylı dağ çaylarının kənarlarında yerləşən yaşayış məntəqələrində ənənəvi sanitariya qurğularından imtina edərək, modul tipli kiçik müasir təmizləyici qurğulardan istifadəyə keçmək bu baxımdan çox səmərəli görünür. Bu yolun düzgün olduğunu başqalarının təcrübəsi də təsdiq edir. İnkişaf etmiş ölkələrdə bu, müvafiq qanunlarla da tənzimlənmişdir. Əslində, Xəzəryanı ölkələr sırasında ilk dəfə olaraq, Azərbaycanda da bu sahədə müəyyən təcrübə yaranmışdır.

Cənab Prezident, ölkəmizin tərəqqisinə və müasirləşməsinə yönələn digər Sərəncamınıza (“Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında”) uyğun olaraq, Xəzərin ekoloji mühitinin mühafizəsi sistemində beynəlxalq standartlara cavab verən modul tipli sutəmizləyici qurğulardan ibarət 8 stansiyadan əlavə, daha biri istismara verilmişdir. Bu, yeraltı stansiyadır. Həmin ərazinin inkişafını, çox böyük proqramların həyata keçirilməsini nəzərə alaraq, orada 2100 kubmetr həcmində yeraltı beton-dəmir bunkerdə 500 kubmetr su təmizləyə bilən qurğu quraşdırılıb və istifadəyə hazır vəziyyətdədir.

Dünənə olan məlumata görə, digər 8 stansiyanın işlədiyi ərazilərdə, -xüsusilə Mərdəkan və Şüvəlan ərazilərində - sahil zolağının nə vəziyyətdə olduğu hamıya məlum idi, - göl və bataqlıqlarda suyun səviyyəsi 2/3-dək azalmışdır.

Pirallahı adasında Dövlət Neft Şirkəti tərəfindən əlavə vəsait sərf edilərək, lazımi səviyyədə yenidən qurulmuş, - cənab Prezident, Sizə məruzə etmişdim, ondan sonra vəziyyət tamamilə dəyişdi və yüksək səviyyədə işlər görüldü, - köhnə qurğuda təmizlənmiş çirkab sularını ümumiyyətlə dənizə atmadan, 187,2 hektar yaşıllığı suvarmaqdan ötrü istifadə etmək üçün layihə hazırlanmışdır. Əslində, bu pilot layihənin həyata keçirilməsi ölkənin bütün ərazilərində, xüsusən su qıtlığı olan yerlərdə tullantı sularından səmərəli istifadə üçün təcrübə mənbəyi olacaq və bununla da yeraltı suların və kiçik çayların çirklənməsinin qarşısı alınacaqdır.

Cənab Prezident, Xəzər dənizinin və onun akvatoriyasının çirklənməsinin qarşısının alınması sahəsində bu tədbirlər Xəzəryanı dövlətlər arasında Sizin şəxsi təşəbbüsünüzlə ilk dəfə Azərbaycanda həyata keçirilmişdir. Ümumiyyətlə, tullantı sularının yaranma mənbəyindən uzaqlaşdırılmadan təmizlənməsi üçün təmizləyici qurğuların lokal çirklənmə mənbələrində qurulması sahəsində ardıcıl tədbirlərin davam etdirilməsini və Azərbaycanda gələcəkdə bu qurğulara tələbatın yüksək olacağını nəzərə alaraq, iqtisadi səmərəlilik və yeni iş yerlərinin yaradılması baxımından həmin qurğuların istehsalının ölkəmizdə təşkili məqsədəuyğun olardı.

Bütün ölkə üzrə hər bir yaşayış məntəqəsində təmizləyici qurğuların qurulması və tullantı sularının təmizlənərək, suvarma və digər məqsədlər üçün istifadə olunması barədə proqramın hazırlanmasını məqsədəuyğun hesab edirik. Belə bir proqramın həyata keçirilməsi su qıtlığı ilə bağlı problemləri həll etməklə yanaşı, yeraltı su mənbələrinin və daxili çayların təmiz saxlanılmasına şərait yaradacaqdır.

Möhtərəm cənab Prezident, çıxışımı yekunlaşdıraraq, Sizi əmin etmək istərdim ki, ölkəmizin, xalqımızın inkişafına yönəlmiş bütün Fərman və Sərəncamlarınız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi tərəfindən bundan sonra da təxirə salınmadan və tam şəkildə həyata keçiriləcəkdir.

X X X

Dövlətimizin başçısı iclasda yekun nitqi söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb