Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Azərbaycan yeni iqtisadi təhlükəsizlik arxitekturasının formalaşdırılmasında mühüm rol oynayır - MÜSAHİBƏ

Ekspert: Azərbaycan yeni iqtisadi təhlükəsizlik arxitekturasının formalaşdırılmasında mühüm rol oynayır - MÜSAHİBƏ

Bakı, 3 may, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Sankt-Peterburq Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Stanislav Tkaçenko ilə müsahibəni təqdim edir

-Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Hansı əməkdaşlıq sahələri daha perspektivli sayılır?

-Uzun müddət ərzində Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticarət münasibətlərdə müəyyən durğunluq müşahidə olunurdu və bu dövrdə ticarət dövriyyəsi təxminən 3 milyard dollar səviyyəsində qalırdı. Lakin 2022-ci ildən etibarən vəziyyət dəyişməyə başladı və 2024-cü ildə bu rəqəm demək olar ki, 5 milyard dollara çatdı. Bu, ticarət və investisiya sahəsində münasibətlərimizin müsbət dinamikasını göstərir. Hazırkı vəziyyəti ümumilikdə müsbət qiymətləndirmək olar və perspektivlər də kifayət qədər yaxşı görünür. Bununla belə qeyd etmək lazımdır ki, əsas perspektivlər Rusiyaya Qərb tərəfindən tətbiq olunan sanksiya təzyiqlərinin nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Hər iki ölkə üçün vacib məsələ ondan ibarətdir ki, sanksiya məhdudiyyətlərinə məruz qalmayan sahələr müəyyən edilsin.

Rusiya və Azərbaycanın iqtisadi strukturları oxşardır – ÜDM-in əhəmiyyətli hissəsi xammal sektoru, o cümlədən xammalın ixracı və emalı ilə bağlıdır. Bu səbəbdən yeni əməkdaşlıq sahələri tapmaq hər zaman asan olmur. Bununla belə, kənd təsərrüfatı ən açıq və perspektivli sahələrdən biridir. Eyni zamanda, maşınqayırma və neft-kimya sənayesi sahələrində də əməkdaşlıq üçün imkanlar mövcuddur. Ən vacib məqam ondan ibarətdir ki, hər iki ölkənin biznes dairələri bir-birinin bazarını daha yaxından tanısın və əsaslandırılmış investisiya qərarları qəbul etsinlər. Mən ən prioritet istiqamətlər kimi sənaye sahəsində əməkdaşlıq və bu sahədə birgə layihələrin reallaşdırılmasını, eləcə də xidmətlər sektorunun inkişafını görürəm. Turizm isə ikitərəfli əməkdaşlığın ən perspektivli sahələrindən biri olaraq qalır.

-Yaxın illərdə iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması nə dərəcədə realdır?

-Hazırda aqrar məhsulların ticarəti və ya Rusiya sənaye məhsullarının, o cümlədən nəqliyyat texnikasının Azərbaycan bazarına tədarükü ilə bağlı imkanlar maksimum dərəcədə istifadə olunub. Ticarət əlaqələrinin növbəti mərhələsi birgə layihələrin həyata keçirilməsi olmalıdır. Məhz bu cür layihələr hazır məhsullarla deyil, aralıq məhsullarla ticarətin artmasına imkan verəcək və bu da ticarət dövriyyəsinin böyüməsinə töhfə verə bilər. Ümumi perspektivlərə gəlincə, bir neçə sahəni qeyd etmək olar. Bunlara aqrar məhsullar və qida sənayesi, həmçinin maşınqayırma, tikinti və neft-qaz emalı – xüsusilə neft-kimya və qaz-kimya sahələri daxildir. Bu sahələr Rusiya və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı üçün yaxşı imkanlar vəd edir.

-Dəyişən geosiyasi şərait fonunda Rusiyanın Azərbaycanla münasibətlərində iqtisadi prioritetlər necə dəyişib?

-Rusiya Azərbaycanın müstəqil və suveren xarici siyasətini yüksək qiymətləndirir. Biz yalnız Türkiyə ilə yaxınlaşmanı deyil, ümumilikdə Azərbaycanın xarici siyasətində yeni yanaşmanı da qeyd edirik - bu da Rusiya tərəfindən müsbət qarşılanır, çünki Türkiyə xüsusi hərbi əməliyyatlar dövründə özünü etibarlı iqtisadi-ticarət tərəfdaş kimi göstərdi. Qarabağ münaqişəsinin başa çatmasından sonra Azərbaycan yeni xarici siyasət modeli formalaşdırır və görünür ki, bu model çoxvektorlu, daxili maraqlarla yanaşı, xarici tərəfdaşların maraqlarını da nəzərə alan balanslı yanaşmaya əsaslanacaq. Bu tərəfdaşlar Azərbaycan bazarına, təbii sərvətlərinə və sənaye məhsullarına çıxışda maraqlıdır. Rusiya tərəfi üçün Azərbaycan Cənubi Qafqazın ən böyük dövləti kimi strateji əhəmiyyətli nəqliyyat-logistika qovşağıdır, Cənubi Avropa və Aralıq dənizi ölkələrinin xammalla təmin edilməsində açar rol oynayır. Biz əminik ki, münaqişədən sonrakı dövrdə formalaşan geosiyasi mühit iqtisadiyyatdan tutmuş regional təhlükəsizlik məsələlərinədək müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.

-Azərbaycanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi qismində iştirakının Rusiya ilə iqtisadi əməkdaşlıq baxımından əhəmiyyəti nədir? Bu, yeni imkanlar açırmı?

-Ümumilikdə Rusiyada biz görürük ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının bazarlarına, ilk növbədə Rusiya bazarına öz məhsullarının çıxışını təmin etməkdə maraqlıdır. Paralel olaraq, Azərbaycanın Aİİ üzvü olan digər ölkələrlə, məsələn, Qazaxıstan və Qırğızıstanla da ticarət dövriyyəsinin artdığını müşahidə edirik. Buna görə də, Azərbaycanın Aİİ-də müşahidəçi statusunda olduğu halda ittifaqa üzv dövlətlərlə ikitərəfli iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirməsi, coğrafi və iqtisadi yaxınlıq, eləcə də oxşar texnoloji və institusional inkişaf səviyyələri fonunda tamamilə təbii və məntiqli mərhələdir. Biz hesab edirik ki, Avrasiya İqtisadi İttifaqının potensialı artmaqda davam edəcək. Müəyyən mərhələdə Azərbaycan Aİİ ilə əməkdaşlığı dərinləşdirmək və ya bu birliyin xaricində iqtisadi əlaqələr qurmaq arasında seçim qarşısında qala bilər. Bu, həm də ittifaqın inteqrasiya səviyyəsindən asılı olacaq. Hazırda biz vahid elektrik enerjisi, neft və qaz bazarının yaradılması mərhələsinə daxil olmuşuq, makroiqtisadi siyasətin harmonizasiyası, vergi sistemlərinin yaxınlaşdırılması və əmək bazarının birləşdirilməsi istiqamətində irəliləyirik. Bu istiqamətlər həm Rusiya, həm də ittifaqdakı tərəfdaşlarımız üçün prioritet təşkil edir.

Bundan əlavə, Azərbaycan üçün Aİİ ilə azad ticarət zonası yaradan İranın təcrübəsi maraqlı ola bilər. Bu kontekstdə Aİİ ilə yaxınlaşma Azərbaycan üçün, xüsusən kənd təsərrüfatı və istehlak mallarının istehsalı kimi sahələrdə perspektivli istiqamət ola bilər.

-Azərbaycanın qeyri-xammal sektorlarını inkişaf etdirmək istəyini nəzərə alaraq, Rusiya ilə texnoloji və innovativ əməkdaşlıq perspektivlərini nə dərəcədə real hesab edirsiniz?

-Doğrudur, bu gün həm Rusiya, həm də Azərbaycan müasir texnologiyaların, o cümlədən süni intellektin və informasiya-kommunikasiya həllərinin fəal tətbiqi mərhələsindədir. Qarşılıqlı ticarət marağını və xüsusilə də birgə layihələrin reallaşdırılmasında marağı qorumaq üçün texnoloji və innovasiya sahəsində əməkdaşlıq ən perspektivli istiqamətlərdən biridir.

Rusiyada texnologiyaların inkişafında əsas rolu “Qazprom”, “Rosneft”, “Rostex”, “Rosatom” kimi iri dövlət korporasiyaları və dövlət özü oynayır. Azərbaycanda da oxşar vəziyyət müşahidə olunur – dövlət innovativ inkişafın fəal iştirakçısıdır. Eyni zamanda görürük ki, Azərbaycanda qərb ölkələrindən olan xarici kapitalın təsiri böyükdür. Buna görə də, Rusiyanın açıq texnoloji üstünlüklərə malik olduğu və azərbaycanlı tərəfdaşlar üçün maraqlı ola biləcək sahələri müəyyənləşdirmək vacibdir. Rusiyada prioritet hədəf öz texnoloji bazasının inkişafı, xüsusi hərbi əməliyyat çərçivəsində tapşırıqların həlli və milli iqtisadiyyatı yeni mərhələyə çıxara biləcək müasir platformaların yaradılmasıdır. Azərbaycan Rusiyanın texnologiyalarına çıxış əldə etməkdə və ya öz məhsullarını Rusiya bazarına çıxarmaqda maraqlı olduğu qədər əməkdaşlıq perspektivlərini real hesab etmək olar. Əlbəttə, söhbət məhz qeyri-xammal sektorlarından gedir. Çünki xammal sahəsində Rusiya və Azərbaycan obyektiv olaraq rəqibdir, bu istiqamətdə ciddi kooperasiya imkanları hələ ki, məhduddur.

-Sizin fikrinizcə, gələcəkdə qlobal bazarlarda “Rusiya–Azərbaycan” birgə brendlərinin – qida məhsulları, texnologiyalar və təhsil sahəsində – meydana çıxması mümkündürmü? Bunu reallaşdırmaq üçün nə lazımdır?

-Doğrudan da, Azərbaycanın qida məhsulları, texnologiyalar və təhsil sahələrində öz üstünlükləri var. Bu üstünlükləri düzgün şəkildə formalaşdırmaq, təqdim etmək və səmərəli istifadə etmək lazımdır. Bu məsələ bəlkə də hələlik gündəmin birbaşa prioriteti olmasa da, iqtisadi əməkdaşlıq genişləndikcə, gec-tez həm ərzaq, həm texnologiya, həm də mədəniyyət və incəsənət sahələrində birgə layihələr meydana çıxacaq. Rusiyada biz bilirik ki, Azərbaycanda ənənəvi olaraq orta, peşə və ali təhsil səviyyəsi, eləcə də elmi araşdırmalar yüksək səviyyədə olub. Buna görə də bu sahələrdə əməkdaşlıq perspektivləri şübhə doğurmur. Gələcəkdə qarşılıqlı əlaqələrin düzgün koordinasiyası və genişləndirilməsi sayəsində birgə brendlər qlobal bazarda reallığa çevrilə bilər.

-Sizcə, Rusiya ilə Azərbaycanın əməkdaşlığı Avrasiya regionunda yeni iqtisadi təhlükəsizlik arxitekturasının qurulmasında hansı rolu oynaya bilər?

-Bu məsələ diqqətli araşdırma tələb edir. Nisbətən yaxın dövrlərə qədər təhlükəsizlik arxitekturasının qurulması – istər iqtisadi, istər hərbi, istərsə də ekoloji baxımdan – ATƏT çərçivəsində həyata keçirilirdi. Lakin bu gün biz bilirik ki, həmin təşkilat faktiki olaraq iflic vəziyyətindədir və Avropadakı proseslərə minimal təsir göstərir, bəzən isə destruktiv rol oynayır. Bu səbəbdən Avrasiya üçün iqtisadi təhlükəsizlik məsələləri Rusiya və digər qitə dövlətləri üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Rusiya belə bir mövqe formalaşdırıb ki, iqtisadi təhlükəsizlik məsələləri qlobal səviyyədə BMT-dən çox BRICS və ya Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi platformalarda müzakirə olunmalıdır. Azərbaycan bu təşkilatların üzvü olmasa da, onların fəaliyyəti ilə maraqlanır. Bu platformaların gündəliyində “yumşaq təhlükəsizlik” və iqtisadi təhlükəsizlik məsələləri mühüm yer tutur.

Azərbaycanın konkret roluna gəlincə isə, onun iqtisadi potensialı, təbii resursları və geostrateji mövqeyi – Qara dənizlə Xəzər dənizi arasında, Cənubi Qafqazın cənubundakı yolların kəsişməsində yerləşməsi, həmçinin “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”ndə açar ölkə olması – artıq bu gün Azərbaycanın iqtisadi təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm rol oynamasına imkan verir. Bu sahələrdə əməkdaşlığın dərinləşdirilməsi isə bu rolu daha da gücləndirəcək.

-Gəlin 2030-cu ili təsəvvür edək: sizin fikrinizcə, o vaxta qədər Rusiya ilə Azərbaycan arasında “ideal” iqtisadi əməkdaşlıq modeli necə görünə bilər?

-Mən inanıram ki, 2030-cu ilə qədər Rusiya ilə Azərbaycan arasında effektiv azad ticarət zonası yaradılacaq. Mallar, xidmətlər, kapital sərbəst şəkildə, ideal halda isə tam azad formada ölkələrimiz arasında hərəkət edəcək. Qarşılıqlı maraq doğuran sahələrdə – xammal və onun emalı, nəqliyyat, maşınqayırma, kimya sənayesi, tikinti materiallarının istehsalı kimi – birgə texnoloji layihələrimiz olacaq. Əsas istiqamət ikitərəfli əməkdaşlıq üçün maneələrin azaldılması və hər iki tərəf üçün əhəmiyyətli texnoloji və iqtisadi effekt verə biləcək birgə layihələrin həyata keçirilməsi üçün şəraitin yaradılması olacaq. Rusiyada biz ilk növbədə ölkənin cənub regionlarına diqqət yetiririk. Məhz bu regionlar daha çox əhali yaşayan və iqtisadi cəhətdən inkişaf etmiş bölgələrdir, bu səbəbdən də Azərbaycan üçün xüsusi maraq kəsb edirlər. Mənim fikrimcə, ilkin mərhələdə Azərbaycanın bütün Rusiya ərazisini əhatə etməsi vacib deyil. Dəqiq fokus Dağıstan, Krasnodar diyarı, Stavropol, Rostov vilayəti, Orenburq, Volqoqrad və Həştərxan kimi regionlarla əməkdaşlığın inkişafına yönəldilməlidir. Məhz bu regionlarda gələcək vəd edən birgə layihələr həyata keçirilə bilər ki, bu da ikitərəfli əlaqələrin inkişafında müsbət dinamika yaradacaq. Gələcəkdə bu uğurlu modellər digər Rusiya regionlarına da tətbiq olunaraq iqtisadi tərəfdaşlıq daha da dərinləşdirilə və genişləndirilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kayrat Sarıbay: Media forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI