Əl-Cəzirə kanalının nümayəndə heyətinin üzvləri Şuşada Yuxarı Gövhərağa məscidində namaz qılıblar
Şuşa, 6 avqust, AZƏRTAC
Avqustun 6-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevin rəhbərliyi ilə Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyətinin Şuşaya səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri avqustun 6-da Yuxarı Gövhərağa məscidində qəza namazı qılıb, dualar oxuyublar.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Əl-Cəzirə Media Şəbəkəsinin tanınmış jurnalistləri ilə yanaşı, dünya şöhrətli musiqiçi, Maykl Ceksonun və Uitni Hyustonun vokalçısı olmuş Della Milesin musiqiçilər qrupu da var.
Nümayəndə heyətinin Şuşaya səfəri avqustun 7-də başa çatacaq.