Əlahiddə Çevik Polis Alayı yeni geyim formasına keçib
Bakı, 8 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayı yeni geyim formasına keçib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 8-də nazirliyin Əlahiddə Çevik Polis Alayında müasir və rahat, həmçinin daha keyfiyyətli materialdan olan yeni geyim formasının tətbiqi ilə əlaqədar Alayın şəxsi heyətinin sıra baxışını keçirib.