Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdırır

Bakı, 22 oktyabr, AZƏRTAC 

Xalqımızın ümummilli lideri Heydər Əliyev idmanın inkişafına və onun maddi-texniki bazasının genişləndirilməsinə, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirib, fiziki cəhətdən sağlam gənc nəslin formalaşması məsələsini daim nəzarətdə saxlayıb. Bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Ordusunun idmançıları da ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edirlər. Bu yaxınlarda Tbilisidə keçirilən pauerliftinq idman növünün sinədən ağırlıq qaldırma üzrə (bençpress) dünya çempionatında idmançılarımız birinciliyi qazanaraq, üçrəngli bayrağımızı dalğalandırıblar.

Yarışın iştirakçısı və çempionu olan kapitan Tural Babayev 1990-cı ildən ağır atletika ilə məşğul olur. Ölkə üzrə bir neçə nailiyyətlər əldə edən idmançı hazırda 6 qat respublika çempionudur. O, həmçinin qaldırma, kounkşin karate, qol güləşi yarışlarında da ordumuzu layiqincə təmsil edib.

Kapitan Tural Babayev bildirib: “Tbilisidə keçirilən pauerliftinq üzrə dünya çempionatında üzərimə böyük məsuliyyət düşürdü. Mənim çəkimdə - 125 kiloqramda yarışa iki erməni idmançısı da qatılmışdı. Məğlub ola bilməzdim. Bu yarışın birincisi olmağı qarşıma məqsəd qoymuşdum. Polkovnik Sadiq Paşayev və polkovnik-leytenant Zal Nəbiyev mənə öz dəstəklərini əsirgəmirdilər. Onlar öz tövsiyələri ilə ruh yüksəkliyimi və özümə inamı artırdılar. 330 kiloqramlıq ağırlığı qaldıraraq, pauerliftinq üzrə dünya çempionatının birincisi oldum. Qələbəmə görə üçrəngli bayrağımız dalğalandırıldı, dövlət himnimiz səsləndirildi. Onu da bildirim ki, erməni idmançısının biri himnimiz səsləndiyi anda fəxri kürsünü tərk etdi. Onun bu hərəkəti təkcə idmançıya yaraşmayan hərəkət kimi deyil, həm də etik normaları pozmaq kimi qiymətləndirildi. Həmin idmançının simasında bütün dünya erməni millətinin nə qədər pis niyyətli, xain olduğunu bir daha gördü”.

Kapitan Tural Babayev qeyd edib ki, idmanın bütün növlərində travma almaq mümkündür. Ancaq pauerliftinqdə başlanğıcda travma alaraq karyeranı başa vura bilərsən. Bu səbəbdən hər an ehtiyatlı olmalısan. Çünki ştanqın əlindən düşməsi arzuolunmaz nəticəyə gətirib çıxarda bilər.

İdmançılarımız alpinizm üzrə də Azərbaycan Ordusunu beynəlxalq arenada layiqincə təmsil edərək, dünyanın ən uca zirvələrinə ekspedisiyalar təşkil edirlər. Bu yaxınlarda Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Gürcüstanın Svanetiya rayonuna yollanan bir qrup hərbçi alpinistimiz müvəffəqiyyətlə geri dönüblər. Ekspedisiya zamanı qarşılaşdıqları çətinliklər və keçirdikləri hissləri öyrənmək məqsədi ilə idmançılarımızla həmsöhbət olduq.

Polkovnik-leytenant Zal Nəbiyev qeyd edib ki, yuxarı komandanlığın müvafiq əmrinə əsasən Gürcüstanın ərazisində yerləşən Kazbek (5054 metr) və Uşba (4710 metr) zirvələrini fəth etmək üçün “Azərbaycan Ordusu Hərbi Hava Qüvvələri” adlı beş nəfərlik ekspedisiya təşkil olundu. Azərbaycan Alpinizm Federasiyası psixoloji və fiziki dəstəyini bizdən əsirgəmədi. Azərbaycan Ordusundan iki zabit - mən və baş leytenant Ülvi Məmmədli, Azərbaycan Alpinizm Federasiyasından iki alpinist - Qərib Tağızadə, Firuz Dadaşov və bir nəfər həvəskar alpinist - Fərid Novruzi Gürcüstanın ikinci ən uca zirvəsini fəth etmək üçün yola düşdük. On altı günlük ekspedisiya zamanı hava şəraiti kəskin soyuq, marşrut isə çətin idi. Buna baxmayaraq, hər birimiz məqsədə doğru əzmkarlıqla irəlilədik. Azərbaycan Respublikasının və Azərbaycan Ordusunun bayraqlarını şərəflə Kazbek və Uşba zirvələrində dalğalandırdıq. Ekspedisiya zamanı anladım ki, dağlar, həqiqətən də əzəmətlidir və dağlar cəsurluğu sevmir. Çünki ani düşünülməz addım nəinki özünü, ətrafındakıları da çıxılmaz vəziyyətə sala bilər. Alpinizm yeganə idman növlərindəndir ki, burada insan özü-özünə qalib gəlir. Ekspedisiyanı təşkil etdiklərinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Baş leytenant Ülvi Məmmədli isə bildirib: “Alpinizmdə üç cür hazırlıq vardır: ekspedisiyaya qabaqcadan hazırlıq, ekspedisiyaqabağı hazırlıq və ekspedisiyanın ümumi hazırlığı. Ekspedisiyaya qabaqcadan hazırlıq zamanı ekspedisiyada iştirak edən təlimatçıların, tələbələrin və xilasedicilərin bütün təchizatları, nəzəri və praktiki bilikləri yoxlanılır. Ekspedisiyaqabağı hazırlıq zirvə yürüşünə və ya digər düşərgəyə yollanmazdan 40 dəqiqə əvvəl aparılır. Ekspedisiyanın ümumi hazırlığı ayda bir dəfə klub rəhbərləri və təlimatçılar tərəfindən konfrans şəklində keçirilir. Burada bütün səhvlər təhlil edilir. Bu zaman əvvəllər keçilən marşrutların bəzi tərəfləri təhlil olunur. Növbəti ekspedisiya zamanı bənzər səhvlərin təkrar olunmaması üçün lazımi tədbirlər görülür”.

Baş leytenant vurğulayıb ki, espedisiyaya yollandıqdan sonra, ilk növbədə, yüksəklik adaptasiyası məqsədi ilə dəniz səviyyəsindən 5054 metr yüksəklikdə yerləşən Kazbek zirvəsinə qalxdıq. Bu zirvəni fəth etdikdən sonra qarşıda daha çətin və ağır tapşırıq dayanırdı. Qafqazın ən təhlükəli və gözəl zirvələrindən biri olan Uşba zirvəsinə qalxmalı idik. Adaptasiya müddətindən sonra geri - Tbilisiyə yollandıq. Burada bizi üçgünlük 4100 metrlik yol gözləyirdi. İlk olaraq yolumuz meşə massivindən, sonra isə böyük çatlardan ibarət, həyat təhlükəsi ilə dolu buzlaqlardan keçdi. Bütün çətinliklərin öhdəsindən gələrək, zirvəyə doğru yola düşdük və üçrəngli bayrağımızı burada da dalğalandırdıq. Uşba zirvəsinin ətəyi buzlu olduğundan enəndə çətin vəziyyətlə üzləşdik. İllərdir alpinizm ilə məşğul olmağıma baxmayaraq, təxminən 30 metr sürüşdüm. Köməyimə buza qoyulan dayaq yetişdi. Bir daha idmanın bu növündə təchizatın nə qədər önəmli olduğunu dərk etdim. Hər bir şəxs alpinizmə başlayanda ilk olaraq ləvazimatlara inamsız yanaşır. Özündən asılı olmayaraq təchizatların təhlükəsizliyini təmin edəcəyi şübhə altında olur. Ancaq təlimlər zamanı bu hiss keçir. Alpinizmlə məşğul olmağa başladığım vaxtdan instruktorumun sözləri heç vaxt yadımdan çıxmaz. O deyərdi ki, alpinist bir qoca olur, bir də cəsur. Cəsur alpinist isə qoca olmur. İllərdir dünyanın ən hündür zirvələrini fəth edərək bu cümlənin mənasını anladım. Başa düşdüm ki, dağlarda cəsurluqla deyil, ağıl və illərin təcrübəsinə əsaslanaraq hərəkət etməlisən. Bəzən düzünə bir metr yol qət etmək üçün on metr dolayı yolla getməyi seçməlisən. Alpinizmdə qazandığım təcrübə ve biliklərimə görə təlimatçım Mixayl Zərbaylova, Rüfət Qocayevə, Firuz Dadaşova, Şamil Xuda minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Növbəti il üçün planlarından danışan zabitlər Z.Nəbiyev və Ü.Məmmədli bildirdilər ki, qarşıda onları Lenin (indiki İbn Sina zirvəsi), Pobeda, Kommunizm (indiki İsmayıl Samani zirvəsi), Korjenevskiy və Xan-Tenqri kimi zirvələr gözləyir: “2020-ci ildə ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə Nepal Federativ Demokratik Respublikasının ərazisində yerləşən Himalay dağlarının 6000-7000 metrlik zirvələrini fəth etməyi, Azərbaycan Ordusunun yaranması ilə əlaqədar olaraq, Pamir dağ sistemində yerləşən Lenin zirvəsinə Lipkin marşrutu ilə getməyi planlaşdırırıq. Niyə məhz Lipkin marşrutu? sualı ortaya çıxa bilər. Lipkin SSRİ-nin ən güclü təyyarəçisi olub və həmin dağlarda qəzaya uğrayıb. Bu səbəbdən zirvəyə Lipkin marşrutu ilə qalxaraq, Razdelni marşrutu ilə geri qayıtmağı nəzərdə tutmuşuq”.

Azərbaycan Respublikasının üçrəngli bayrağını dalğalandırmaq, dövlət himnini səsləndirmək, ordumuzun şan-şöhrətini bundan sonra da dünyaya yaymaq hər birimiz üçün müqəddəs və şərəfli vəzifədir deyən polkovnik-leytenant Zal Nəbiyev qeyd edib: “Bilirik ki, istənilən sahədə əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdırır. İnanırıq ki, illərlə qazandığımız bilik və təcrübələrimizi tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyimiz döyüşdə tətbiq edəcəyik”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib