“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçiriləcək
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 25-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin icra vəziyyətinin, həmçinin 2025-ci il üzrə Yol Xəritəsinin layihəsinin müzakirəsi nəzərdə tutulur.
Bundan əlavə, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı İntensiv Kommunikasiya Planında nəzərdə tutulan tədbirlərin icrası haqqında məlumat veriləcək və qarşıda duran çağırışlara dair müzakirələr aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]