Elin Süleymanov: Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirir
London, 21 noyabr, AZƏRTAC
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bunu London Universitet Kollecindəki Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanov deyib.
E.Süleymanov Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirdiyini və o bölgələrin sürətlə abadlaşdırıldığını bildirib.
Səfir çıxışı zamanı bildirib ki, Azərbaycan regionda söz sahibi olan dövlətdir və bu gün baş verən hadisələr Azərbaycan hökumətinin nə dərəcədə düzgün addımlar atdığını göstərir.
Tələbələrin suallarını cavablandıran səfir Azərbaycanın qonşu ölkələrlə olan münasibətlərindən, enerji sahəsindəki uğurlarından və işğaldan azad edilən ərazilərdə görülən işlərdən danışıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London