“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qəzetin birinci səhifəsindəki “Heydər Əliyev: zaman və müasirlik” məqaləsində Rəyasət Heyətində keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən elmi sessiya barədə məlumat verilib.
Sonrakı səhifələrdə “AMEA-nın ümumi yığıncağında seçkilər keçirilib”, “AMEA-nın mükafatları təsis edilib”, “Ölkəmizdə yeni biotexnoloji innovasiyalar tətbiq ediləcək”, “Bölmənin büro iclasında mühüm qərarlar qəbul edilib”, “Qadınların İKT sektorunda rolu artırılmalıdır”, “İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan silsilə tədbirlər” məqalələri yer alıb.
Bundan başqa, oxucular “Dünyanın qabaqcıl ölkələrində tədqiqatlar aparılacaq”, “Londonda nəşr edilmiş dərslikdə Azərbaycan aliminin məqaləsi yer alıb”, “Akademik Yaqub Mahmudov: Bakı nefti və Azərbaycan aliminin ixtirası olmasaydı, dünya faşizm bəlasından xilas olmazdı”, “Gənc kimyaçılar elmdə”, “Dünya mifologiyasında fit inancı və fit dili fenomeni” və digər məqalələrlə tanış ola bilərlər.