Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elman Nəsirov: Ermənistanda hakimiyyətə praqmatik siyasətçi gəlməsə bu ölkədəki böhran daha da dərinləşəcək

Elman Nəsirov: Ermənistanda hakimiyyətə praqmatik siyasətçi gəlməsə bu ölkədəki böhran daha da dərinləşəcək

Bakı, 25 aprel, Təhminə Hümbətova, AZƏRTAC

Ermənistanda inqilabi proseslərin baş verməsini labüd edən çoxsaylı səbəblər var. İlk növbədə, bu səbəblər onunla bağlıdır ki, Serj Sarkisyanın yaratdığı rejim öz mahiyyəti etibarilə antimilli idi. Eyni zamanda, bu rejimin həyata keçirdiyi siyasət eyni vaxtda iki stulda oturmaq siyasəti idi və öz aqressivliyi ilə seçilirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il sentyabrın 20-də BMT Baş Məclisinin sessiyasında çıxışı zamanı Ermənistandakı vəziyyətlə, Serj Sarkisyan rejimi ilə bağlı söylədiyi bir neçə fikrə diqqəti çəkib. Bildirib ki, Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyətin diqqətinə bir məqamı çatdırıb. O deyib ki, Xocalı soyqırımı kimi bəşəri cinayətə imza atmış şəxslərdən biri hərbi cani - Ermənistan prezidenti Serj Sarkisyan olub. Yəni, bu tədbirdə iştirak edən Serj Sarkisyan olub. Həmçinin qeyd edib ki, bu gün, ilk növbədə, erməni xalqı Serj Sarkisyan rejiminin girovuna çevrilib. Ən çox da bu rejimdən əzab çəkən erməni xalqının özüdür. Bu nöqteyi-nəzərdən, Ermənistanda baş verən inqilabi proseslər Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, xalqın bu girovluqdan azad olunmaq uğrunda mübarizəsi və onun bir nəticəsi kimi dəyərləndirilə bilər. Erməni xalqı gördü ki, Azərbaycan Prezidenti tam həqiqəti ifadə edib, doğrudan da Ermənistan xalqı bu rejimin girovuna çevrilib. Burada daxili və xarici amillər xüsusi rol oynayır. Daxili amillərə gəldikdə, demək olar ki, Ermənistanda rejim mahiyyət etibarilə despotik və orta əsrlər rejimidir. Xalq bu rejimdən canını qurtarmaq istəyirdi. İkincisi, bu rejimin həyata keçirdiyi daxili siyasət ona gətirib çıxardı ki, Ermənistanda iqtisadiyyatın dağılması prosesi özünün pik nöqtəsinə çatdı. Sarkisyanın 10 illik hakimiyyəti dövründə ölkənin xarici borcu 2 milyard dollardan 7 milyard dollara çatdı, əhali xarici banklardan və xarici maliyyə təşkilatlarından asılı vəziyyətə düşüb. Bundan başqa, məhz Serj Sarkisyanın siyasəti sayəsində Ermənistan tam təcrid vəziyyətinə düşüb.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Ermənistanın yeritdiyi aqressiv siyasət də özünü göstərməkdədir. Torpaqlarımızın işğal edilməsinə görə Azərbaycan dövləti Ermənistanı həm iqtisadi, həm enerji, həm də nəqliyyat layihələrindən təcrid edib. Buna görə də Ermənistanda vəziyyət daha da dramatik hal alıb. Üçüncüsü, bu vəziyyətin təsiri altında Ermənistan əhalisinin ölkəni tərk etməsi artıq ədədi silsilə ilə deyil, həndəsi silsilə ilə baş verməkdədir. Təsadüfi deyil ki, erməni ziyalıları ölkədəki vəziyyəti “ağ genosid” adlandırırlar. Erməni əhalisinin və xüsusilə gənclərin sabaha heç bir inamı qalmayıb. Sarkisyan 10 il müddətində erməni xalqını illüziyalarla sakitləşdirməyi bacara bildi. O, müəyyən zamanlarda xalqın beynini, düşüncəsini Dağlıq Qarabağ münaqişəsi ilə və məhz bu səbəbdən iqtisadiyyatın inkişaf etməməsi ilə bağlı illüziyalarla yükləyirdi. Lakin Aprel döyüşləri Ermənistandakı bu rejimin bütün mahiyyətini üzə çıxardı və məlum oldu ki, bu, sabun köpüyündən başqa bir şey deyil. Həmçinin erməni ordusunun məğlubedilməzliyi haqqında yaradılmış illüziyalar mifdən başqa bir şey deyil. Ona görə də Aprel döyüşlərindən sonra artıq Dağlıq Qarabağ kartından istifadə etməklə erməni xalqını aldatmaq mümkün olmadı. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, Ermənistanda bu gün yaşanan inqilabi proseslər, ilk növbədə, Sarkisyan rejiminin yeritdiyi uğursuz daxili siyasət, antimilli siyasət nəticəsində baş verib. Aprel döyüşləri Ermənistanda yaşanan proseslərin katalizatoru rolunu oynadı, əhalinin ona etimadı tamamilə tükəndi. Sarkisyan Aprel döyüşlərindən sonra xeyli generalı vəzifədən uzaqlaşdırdı və onların timsalında indi çox ciddi bir müxalif qüvvə ilə üzləşib. Aprel döyüşlərinin iştirakçıları olan əsgərlər və zabitlər də inqilabi proseslərə qoşulub. Əgər qiymət versək ki, bu gün Ermənistan niyə bu dalana dirənib, hesab edirəm ki, bu, Ermənistanın işğalçılıq siyasəti və onun nəticəsində üzləşdiyi bumeranq effekti ilə bağlıdır. Yəni, nə əkərsən, onu da biçərsən - artıq bu prinsip Ermənistanda işləyir. Ermənistan işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əks-təsir vasitələri ilə üzləşdi. Bunlar Ermənistanın bütün regional layihələrdən kənarda qalmasına gətirib çıxardı. Korrupsioner Sarkisyan rejimi inqilabi şəraiti yetişdirən mühüm amilə çevrildi. Bu gün artıq Sarkisyan erasının bitdiyini söyləmək olar. Bu gün Ermənistanda artıq hakimiyyətin bundan sonrakı taleyi məsələsi gündəmə gəlib. Heç şübhəsiz ki, inqilabın əsas lideri olan Nikol Paşinyanın öz iddiaları var. Nikol Paşinyan artıq son bəyanatlarında bildirir ki, xalq etimad göstəribsə, o, bu dövlətə rəhbərlik edə bilər. Yəni, Nikol Paşinyan baş nazir vəzifəsi iddiasını gizlətmir. Ermənistan qanunvericiliyinə görə indiki halda Ermənistan konstitusiyasının 143-cü maddəsinin ikinci bəndinə əsasən belə olan vəziyyətdə bir həftə ərzində parlamentdə fraksiyalar baş nazirliyə namizədləri irəli sürməlidirlər. Bir həftə ərzində seçkilər keçirilməlidir, yeni baş nazir seçilməlidir. Paşinyanın da mövqeyinə görə, yalnız bundan sonra müvəqqəti hökumətin formalaşması və növbədənkənar parlament seçkilərinin keçirilməsi planı artıq elan edilib. Ermənistan konstitusiyasının 143-cü maddəsinin üçüncü bəndinə əsasən əgər baş nazir seçkilərində heç bir namizədin qələbəsi baş tutmazsa, belə olan vəziyyətdə təkrar seçkilər keçirilir. Təkrar seçkilər nəticəsində isə yeni baş nazir müəyyən edilməlidir. Lakin ikinci cəhd də baş tutmayacağı təqdirdə, ümumiyyətlə, hökumətin buraxılması konstitusiya ilə müəyyən edilib. Lakin inqilabi proseslərin öz qaydaları olur və bir çox hallarda məhz küçədən gələn qanunlar həlledici rol oynayır. İstisna deyil ki, indiki halda Ermənistan hakimiyyətində yenidən toqquşmalar yaranır. O səbəbdən ki, Serj Sarkisyan hakimiyyətdən getsə də, onun Respublikaçılar partiyası bu gün hakimiyyətdədir, parlamentdə çoxluq onların əlindədir. Onlar çalışacaqlar ki, bu imkanlardan istifadə edib parlamentdə yeni baş nazirin seçkisi zamanı öz üstünlüyündən istifadə edib istədikləri namizədi, istisna deyil ki, Karapetyanı hakimiyyətə gətirsinlər. Lakin hadisələrin gedişi göstərir ki, Paşinyan Karapetyanın da hakimiyyətə gəlməsində maraqlı deyil, hətta müvəqqəti olaraq onun baş nazir olmasını istəmir. Paşinyan artıq hiss edir ki, inqilabı o edib, lakin onun meyvələrini başqaları yemək istəyirlər. Bu səbəbdən də artıq Paşinyan yenidən xalqı küçələrə çağırıb inqilabı davam etdirir. İnqilabın məntiqi sonluğa çatdırılması ilə bağlı bu gün Ermənistanda Paşinyan və onun yaxın əhatəsinin bəyanatları səslənməkdədir. Yəni, belə qənaətə gəlmək olar ki, artıq Ermənistanda inqilabi proseslərin ikinci mərhələsi başlayır. Birinci mərhələsi Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması ilə yekunlaşsa da, parlamentdə məhz onun adamları hakimiyyətdədir. Onlar da baş naziri seçmək hüququna malikdirlər. Bu səbəbdən də Paşinyanın inqilabı axıra kimi davam etdirmək şüarını və xalqı küçələrə yenidən çağırmaq məntiqini anlamaq mümkündür. Eyni zamanda, Paşinyanın əsas niyyəti odur ki, indiki halda, yəni, müvəqqəti hökumətdə əsas güc nazirliklərində öz adamları yerləşsin və özü müvəqqəti baş nazir olsun. Qısa müddət ərzində növbədənkənar parlament seçkiləri keçirilsin və parlament seçkilərində özünün və tərəfdarlarının qalib gəlməsi təmin edilsin, onlar üstün mövqe qazansınlar. Bunun ardınca isə artıq parlamentdə Paşinyanın rəsmən baş nazir seçilməsi baş tutsun. Paşinyanın “yol xəritəsi” kimi artıq mətbuatda Ermənistandakı həmin mövqelər çox geniş yayılıb. Paşinyan da bunu açıq şəkildə deyir, heç bir şey gizlətmir.

Elman Nəsirov bildirib ki, Ermənistandakı proseslər Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycan Ermənistanda hakimiyyətə praqmatik bir siyasətçinin gəlməsində maraqlıdır. O siyasətçi ki, Ermənistanın ağır vəziyyətinin səbəblərini araşdırsın. Səbəblər də birbaşa Ermənistanın yeritdiyi daxili və xarici siyasətlə bağlıdır. İlk növbədə, onun aqressiv siyasəti, Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasəti ilə bağlıdır. Ermənistan bu siyasəti nə qədər davam etdirir, o qədər də uçuruma yuvarlanır. Ona görə də Ermənistanın yeni hakimiyyətinin ən mühüm analizi onunla bağlı olmalıdır ki, bu səbəblər aradan qaldırılsın. İlk növbədə, işğalçılığa son qoyulsun, Azərbaycan torpaqları işğaldan azad edilsin, bu halda yeni şərait yarana bilər. Yeni şərait isə Ermənistanın Azərbaycanın təşəbbüskarı olduğu çox mühüm regional layihələrdə iştirakı ilə bağlıdır. Ermənistana qarşı iqtisadi, enerji və nəqliyyat blokadası aradan qalxdıqdan sonra Ermənistan xalqı, nəhayət ki, azad nəfəs ala bilər, Ermənistan gənclərinin gələcəyə inamı yarana bilər, insanların ölkəni tərk etməsi prosesinin qarşısı alınar. Bu gün Ermənistana elə bir siyasətçi lazımdır ki, məhz bunu düşünsün. Hesab edirəm ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvənin Dağlıq Qarabağla bağlılığının olmaması mühüm şərtdir. Yəni, nə Azərbaycan torpaqlarının işğalında, nə də ki, Xocalı soyqırımının törədilməsində iştirakı olmayan bir praqmatik siyasətçinin Ermənistanda hakimiyyətə gəlməsi çox vacib məsələlərdən biridir. Yeni siyasətçinin praqmatikliyi həm də xarici siyasət məsələlərində olmalı, o, müstəqil xarici siyasət həyata keçirməlidir. Beləliklə, qənaətimiz onunla bağlıdır ki, bu gün qonşu dövlətdə çox ciddi kataklizmlər baş verir. Bu gün Ermənistan tarixinin yeni mərhələsi başlayır. Bu mərhələdə Sarkisyanın siyasətinə bənzər siyasətin həyata keçirilməsi Ermənistanın tam məhvi deməkdir. Amma ondan fərqli bir siyasətin həyata keçirilməsi nicat yolu ola bilər. Ermənistanın gələcəyi məhz bununla bağlıdır. Bu, erməni xalqının istəyidir, artıq ictimai bir sifarişdir. Yəni, bu gün Ermənistan bir yol ayrıcındadır: ya Sarkisyan siyasətinin davamı, ya da yeni siyasət. Məhz yeni siyasət Ermənistanın gələcəyini təmin edə, onu düşdüyü bu bəlalardan, ilk növbədə, təcrid vəziyyətindən xilas edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH