Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elman Nəsirov: Ermənistandakı hadisələr getdikcə daha dramatik xarakter alacaq

Elman Nəsirov: Ermənistandakı hadisələr getdikcə daha dramatik xarakter alacaq

Serj Sarkisyanın 10 illik prezidentliyi Ermənistan xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olunub

Bakı, 18 aprel, Təhminə Hümbətova, AZƏRTAC

Ermənistanla bağlı proqnozlar özünü tam doğrultdu. Əvvəlcədən də məlum idi ki, Ermənistanda başlanmış sistemli böhran yeni baş nazir təyinatından sonra növbəti mərhələyə daxil olacaq. Çünki yeni baş nazir əslində köhnə adamdır. Serj Sarkisyanın 10 illik prezidentliyi Ermənistan xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

Elman Nəsirov bildirib ki, bu gün erməni müxalifəti, erməni ziyalıları açıq şəkildə qeyd edirlər ki, məhz Sarkisyanın 10 illik prezidentlik fəaliyyəti erməni xalqı üçün, ilk növbədə, iqtisadi böhrana səbəb olub. İkincisi, Ermənistan üçün bu, həm iqtisadi, həm enerji, həm də nəqliyyat baxımından təhdid vəziyyəti yaradıb. Yəni, Ermənistanın təcrid olunması daha da dərinləşib. Üçüncüsü, Ermənistandan əhalinin köç prosesi artıq yeni mərhələyə daxil olub. Bu gün ermənilər özləri qeyd edirlər ki, vaxtilə Ermənistandan əhali ədədi silsilə ilə baş götürüb qaçırdısa, indi artıq həndəsi silsilə ilə ölkəni tərk edir. Dördüncüsü, Ermənistan əhalisinin yoxsulluq səviyyəsi artıq dözülməz xarakter alıb. Bütün bunlar reallıqdır. Eyni zamanda, xalq onun da fərqindədir ki, Ermənistanda böhran daha da dərinləşəcək. Çünki xalq görür ki, onu bu vəziyyətə salan bir rejim hakimiyyətdə baş nazir postunu zəbt etməklə vəzifəsini davam etdirmək istəyir. Bu, o deməkdir ki, iqtisadi iflas, təcrid vəziyyəti daha da dərinləşəcək. Əhalinin köçü bundan sonra daha geniş miqyas alacaq, yoxsulluq daha dözülməz bir vəziyyətə gəlib çıxacaq. Xalq bunu görür, ona görə də ayağa qalxıb Sarkisyan rejiminə qarşı açıq şəkildə öz etirazını bildirir. Bəzi ekspertlər hətta bunu “məxməri inqilab”ın başlanğıcı kimi də dəyərləndirirlər.

Milli Məclisin deputatı qeyd edib ki, bu iğtişaşlar zamanı xeyli sayda insan yaralanıb, həmçinin deputatlardan da xəsarət alanlar var. Bu gün ən çox müzakirə olunan məsələlərdən biri odur ki, Sarkisyan Ermənistan tarixində ən yalançı prezidentlər sırasındadır. Misallar gətirirlər, söyləyirlər ki, Sarkisyan üç il Avropa İttifaqı ilə danışıqlar apardı və xalqına da vəd verdi ki, Avropa İttifaqı ilə saziş imzalayacaq. Lakin qəflətən mövqeyini dəyişdi və həmin sənədi imzalamadı. Yalançı prezident kimi o, Aprel döyüşlərindən sonra demişdi ki, heç bir halda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlara getməyəcək və konkret şərtlər irəli sürmüşdü. Azərbaycan Prezidenti o zaman söyləmişdi ki, bunlar absurd şərtlərdir, Azərbaycanla heç kim şərt dili ilə danışa bilməz və gec-tez Sarkisyan danışıqlara gəlməyə məcbur olacaq. İndi erməni ictimaiyyəti deyir ki, Sarkisyan bizi bütün dünyanın gözü qarşısında biabır etdi və sözündən geri döndü. O, keçən ilin oktyabr ayında Azərbaycan Prezidenti ilə danışıqlar aparmaq məcburiyyətində qaldı. Eyni zamanda, Ermənistanda insanlar deyirlər ki, Sarkisyan siyasi islahatlar aparıb ölkəni prezidentli respublikadan parlamentli respublikaya keçirəcəyi ilə bağlı mövqeyini ortaya qoyarkən bildirmişdi ki, heç bir halda onun hakimiyyəti qoruyub saxlamaq və yaxud da ki, baş nazir olmaq niyyəti yoxdur. Onun bundan sonra baş nazir kürsüsünə ehtiyacı olmayacaq. Bu gün xalq küçələrə tökülüb. Erməni xalqı hesab edir ki, Sarkisyan xalqını növbəti dəfə aldadır. O, baş nazir olmayacağını bəyan etsə də, baş nazir kürsüsünü zəbt edib, buna görə də xalqı qarşıdakı illərdə daha böyük müsibətlər və faciələr gözləyir. Yəni, hadisələr getdikcə daha dramatik xarakter alacaq. Bu gün Sarkisyanı ən çox qorxudan odur ki, hadisələr ölkənin bölgələrinə də yayıla bilər. Paytaxtda Sarkisyan rejimi əleyhinə qalxan etirazlar dalğası regionlara sirayət etsə, bu, sözün həqiqi mənasında, Ermənistanda “məxməri inqilab”ın başlanmasını labüd edə bilər.

Elman Nəsirov qeyd edib ki, diqqətdən yayınmayan digər cəhət isə beynəlxalq ictimaiyyətin Ermənistanda başlayan son hadisələrlə bağlı tutduğu mövqedir. Təəssüf ki, Sarkisyanın öz xalqına qarşı güc tətbiq etməsi, eyni zamanda, deputatların xəsarət alması, güc strukturlarından xalqa qarşı təzyiq kimi geniş istifadə olunması - bütün bunlara hələ ki, beynəlxalq aləmdə heç bir ciddi reaksiya verilməyib. Beynəlxalq ictimaiyyət sanki bu prosesləri müşahidəçi kimi izləyir. Sarkisyanın 2008-ci ildə olduğu kimi, indi də hakimiyyəti zəbt etməsi xalqa bəllidir. 2008-ci ildə o, hakimiyyəti zəbt edərkən, xalqın çox ciddi etirazı ilə üzləşərkən öz xalqını da gülləboran etməkdən çəkinmədi, on nəfər qətlə yetirildi, xeyli insan yaralandı. Sarkisyanın indiki şəraitdə də hakimiyyətdə qalmasını təmin etmək üçün xalqına qarşı gülləboran sanksiyasını tətbiq edəcəyi, ermənilərin qanı üzərində hakimiyyətini qoruyub saxlayacağı gözləniləndir. İkinci ehtimal onunla bağlıdır ki, Sarkisyan vəziyyətin kifayət qədər dramatikləşməsinin fərqinə varıb növbəti təxribatlara əl ata bilər. Təxribatlar isə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verə bilər. O, istənilən hərbi avantüradan istifadə edə bilər ki, daxili auditoriyanın diqqətini yayındırsın və Dağlıq Qarabağla bağlı məsələləri ön plana keçirsin. Lakin onu da qeyd etmək lazımdır ki, qüdrətli Azərbaycan Ordusu Ermənistanın istənilən təxribatının qarşısını almağa hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH