Elmi seminar: Mifoloji düşüncə xalqların ortaq dəyərinin göstəricisidir
Bakı, 8 may, AZƏRTAC
AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin onlayn rejimdə növbəti elmi-nəzəri seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə mifoloji düşüncənin müxtəlif xalqların ortaq mənəvi dəyərlərinin göstəricisi olması məsələləri müzakirə edilib.
Şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev xalqlar arasında ortaq dəyərlərin müəyyənləşdirilməsinin aktuallığından danışıb, mifoloji düşüncənin təsiri altında yaranan ədəbi əsərlərin insanları bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib. Həmçinin ortaq dəyərlərin geniş təbliğinin pandemiya dövründə dostluq, mehribanlıq, təmənnasızlıq hisslərinin qorunub-saxlanılmasının əsas şərtlərindən biri olduğu nəzərə çatdırılıb.
Elmi-nəzəri seminarda “Azərbaycan və qırğız nəsrində yuxugörmə motivi” mövzusunda məruzə dinlənilib və müzakirələr aparılıb.