Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin növbəti qrant müsabiqəsinin nəticələrini açıqlamışdır

Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin növbəti qrant müsabiqəsinin nəticələrini açıqlamışdır

Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan gəncləri daim dövlətin diqqət mərkəzindədir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan (EİF) AZƏRTAC-a bildirmişlər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət gənclər siyasəti - yeni nəslin öz bilik və bacarıqlarının, təbii potensialının səmərəli şəkildə reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir. Azərbaycanın innovasiyalı inkişafa keçidinin zəruriliyi insan kapitalının gerçəkləşdirilməsinə, insanların potensial imkanlarının səmərəli reallaşdırılmasına əsaslanan elmi strategiyanın tətbiqini şərtləndirir. Qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir.

Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları və digər müasir texnologiyaları dərindən mənimsəmiş yeni alimlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi də hazırda ölkədə elmin inkişafı üzrə strategiyanın qarşısında dayanan əsas vəzifələrdəndir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. Məhz bu hədəfin reallaşdırılması məqsədi ilə son illərdə gənclərin elmə cəlb olunmasına, onların xarici ölkələrdə ali təhsil almasına, sosial problemlərinin həllinə imkan yaradan mühüm dövlət proqramları hazırlanmış, sərəncam və fərmanlar imzalanmışdır.

Prezidenti İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu proqramın həyata keçirilməsi üzrə Tədbirlər planının müvafiq bəndinə əsasən EİF gənc alim və mütəxəssislər üçün qrant müsabiqələrini təşkil edir. Bununla yanaşı, Fond fəal çalışan gənc alimlər haqqında məlumat bazasının yaradılması üzrə işləri də həyata keçirir. Ölkənin gənc alimləri (35 yaşadək) adıçəkilən xüsusi müsabiqədə iştirakla yanaşı Fondun digər müsabiqələrində də layihə üzrə yaradıcı kollektivlərin tərkibində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində fəallıq göstərirlər. Xaricdə elmi tədbirlərdə və təcrübəkeçmədə iştirakı nəzərdə tutan “Mobillik qrantı” müsabiqələrinin qalibləri sırasında gənclərin xüsusi çəkisi getdikcə artır. Gənc alim və mütəxəssislərin Fondun qrantları vasitəsilə dəstəklənməsi respublikada kadr potensialının artırılması işinə xüsusi töhfə hesab oluna bilər.

Gənc alim və mütəxəssislərin birinci qrant müsabiqəsi 2011-ci il noyabrın 10-da elan edilmiş, nəticələri isə 2012-ci il martın 20-də açıqlanmışdır. Bu müsabiqə çərçivəsində maliyyələşdirilmənin həcmi ümumi 496.000 manat olmuş, müsabiqədə 25 layihə qalib gəlmişdir. Müxtəlif qurumlardan olan 72 gənc alim və mütəxəssis bu layihələr üzrə müvəqqəti yaradıcı kollektivlər şəklində elmi-tədqiqatlarla məşğul olmuş, bir sıra elmi proqramları reallaşdırmışlar. Yaşı 35-dək olan layihə rəhbəri və icraçıları arasında gender bərabərliyi müşahidə edilmişdir. Qalib layihələrin rəhbər və icraçıları Azərbaycan Milli Elmlər Akademiyasının 37 institutundan 16-sının, bir nazirliyin, iki qeyri-hökumət təşkilatının, iki özəl müəssisənin əməkdaşları, altı ali təhsil müəssisəsinin tələbələri və əməkdaşlarıdırlar. Bir layihə Naxçıvan, bir layihə isə Gəncə şəhərində icra olunmuşdur. Hazırda 20 layihə başa çatmış, beş layihə üzrə işlər davam etdirilir.

Gənc alim və mütəxəssislərin birinci qrant müsabiqəsinin uğurları nəzərə alınmaqla 2013-cü il fevralın 2-də - Gənclər Günündə ikinci müsabiqə elan edilmişdir. Qrant layihələrinin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində EİF-in icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədi ilə bir neçə məsləhət seminarı keçirmiş, telefon və elektron poçt vasitəsilə qəbul edilmiş müraciətləri cavablandırmış, ortaya çıxan suallara aydınlıq gətirmişdir.

Müsabiqəyə daxil olmuş 50 layihə onların ideyalarının obyektiv formada orijinal ifadəsi (elektron və kağız daşıyıcılarda) və əqli nəticələrinin müəlliflik hüququnun qorunması məqsədi ilə Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilmişdir. Layihələrin texniki və elmi ekspertizası işinə EİF-in daimi ekspertləri, müstəqil elmi ekspertlər, eləcə də xarici ekspertlər cəlb olunmuşlar.

Təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsi müəyyənləşdirilmiş, layihələrin elmi səviyyəsi, onların yerinə yetirilməsi imkanları və potensialı, gözlənilən elmi nəticələri mümkün tətbiq ehtimalı üzrə qiymətləndirilmişdir. Layihələr Fondun Himayədarlar Şurasında da müzakirə olunmuşdur.

Gənc alim və mütəxəssislərin ikinci qrant müsabiqəsi çərçivəsində 25 qalib layihə müəyyənləşdirilmiş, bu layihələrin yerinə yetirilməsi üçün 500 min manat məbləğində vəsait ayrılması qərara alınmışdır.

Qalib layihələr AMEA-nın Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, Kibernetika, Geologiya, Kimya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Botanika, Mikrobiologiya, Ədəbiyyat institutlarında, AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Milli Aviasiya Akademiyasında, Azərbaycan Tibb Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Bakı Avrasiya Universitetində, Bakı Dövlət Universitetində, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunda, “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyində yerinə yetiriləcəkdir. İcraçılar sırasında adıçəkilən qurumlarla yanaşı, Naxçıvan Dövlət Universiteti və Elmi-Tədqiqat Əkinçilik İnstitutunun alim və mütəxəssisləri də vardır.

Qalib layihələrdən 20-si fundamental-tətbiqi xarakterlidir, üçü isə müasir cihaz və avadanlıqlarla təminatı nəzərdə tutur. İki layihə üzrə Azərbaycanda beynəlxalq konfrans təşkil olunacaqdır. Noyabrın 14-15-də Bakıda gənc alim və tələbələrin “Fundamental və tətbiqi geologiya elmi: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” mövzusunda beşinci beynəlxalq konfransı keçiriləcəkdir.

Fizika-riyaziyyat və texnika elmləri üzrə yeddi layihə, Yer haqqında elmlər üzrə dörd layihə, kimya elmləri üzrə dörd layihə, biologiya, tibb və aqrar elmləri üzrə yeddi layihə, humanitar və ictimai elmlər üzrə üç layihə qalib olmuşdur.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

Noyabrın 8-də müsabiqənin nəticələrinin açıqlanması münasibətlə EİF-in icraçı direksiyasında keçirilən tədbirdə Yaponiyanın tanınmış “Tokyo Boeki Technology Ltd” şirkətinin prezidenti Kazuei Uçidanın rəhbərliyi altında nümayəndə heyəti də iştirak etmişdir. Tərəflər arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma əsasən bu şirkət EİF-in qrant layihələri üzrə ən müasir elektron mikroskopların və digər avadanlıqların alınaraq AMEA-nın Fizika və Geologiya institutlarında, eləcə də Azərbaycan Tibb Universitetində quraşdırılmasında iştirak etmişdir.

Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin ikinci qrant müsabiqəsinin qaliblərini təbrik edir, müsabiqə iştirakçılarına və müstəqil elmi ekspertlərə minnətdarlığını bildirir.

Yaxın günlərdə Elmin İnkişafı Fondunun qalib layihə rəhbərləri və icraçıları ilə ənənəvi görüşü keçiriləcəkdir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO