Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elşən İsgəndərov: Bu günədək idarəmizin qaynar xəttinə xarici turistlər tərəfindən şikayət daxil olmayıb

Bakı, 4 dekabr, AZƏRTAC

Paytaxtımızın əsrarəngiz məkanlarından sayılan və şəhərimizin görkəminə əlavə gözəllik qatan Bakı bulvarı nəyinki yerli sakinlərin, həm də ölkəmizə gələn qonaqların sevimli istirahət yeri kimi tanınır. Prezident İlham Əliyevin göstərişi ilə son illər həyata keçirilən layihələr nəticəsində ölkəmizdə vüsət alan abadlıq-quruculuq işləri bu məkandan da yan ötməyib. Günü-gündən gəncləşən Bakı bulvarı öz estetik gözəlliyi ilə göz oxşamaqla yanaşı, eyni zamanda əhalinin rahatlığının təminatçısı statusunu qazanıb. Bu gün qürurla deyə bilərik ki, Milli Parkımız dünyanın ən gözəl parkları sırasında qərarlaşır. Bütün görülən işlərin nəticəsi olaraq Bakı bulvarı mədəni-kütləvi istirahət yeri kimi bura üz tutan insanların rahatlığına xidmət göstərir. Bu məkanda görülən işlər, tətbiq ediləcək yeniliklər və Yeni il öncəsi nəzərdə tutulan sürprizlərdən xəbərdar olmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Elşən İsgəndərovla həmsöhbət olduq. AZƏRTAC müsahibəni təqdim edir:

-Elşən müəllim, növbəti il üçün Dənizkənarı Milli Parkda hansı yeniliklər nəzərdə tutulur?

-Bildiyiniz kimi, Dənizkənarı Milli Park Azərbaycanın əvəzsiz incisi olmaqla yanaşı, onun tarixi və müasir simasını təşkil edən xüsusi təbii kompleksdir. Bu gün Bakı Bulvarı müasir görkəmi, təbii landşaftı və özünəməxsus memarlıq üslubu ilə seçilir.

Şəhər sakinlərinin, eləcə də paytaxtımıza gələn qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa vaxt ərzində burada ən müasir infrastruktur yaradılıb, müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə müəssisələri istifadəyə verilib.

2018-ci ildə də Dənizkənarı Milli Parkda paytaxtın inkişaf strategiyasına, müasir memarlıq tələblərinə uyğun şəkildə yenidənqurma, əhalinin mənəvi-estetik tələbatının ödənilməsini təmin etmək məqsədilə abadlıq-quruculuq işləri yenə də davam etdiriləcək. Bu baxımdan ərazinin spesifik təbii landşaftına uyğun olaraq yaşıllıq zolaqları genişləndirilir və yeni yaşıllıq kompozisiyaları hazırlanır. Onu da xüsusilə qeyd etmək istərdim ki, Dənizkənarı Milli Parkda mövcud olan biomüxtəliflik xüsusi aqrotexniki qulluq və qayğı tələb edir, çünki bütün ərazi dəniz yaxınlığında yerləşdiyindən aqressiv mikroiqlimə malikdir.

Deyim ki, Bulvarın Ağ Şəhər və Yeni Bulvar ərazisində müxtəlif qurğulardan ibarət idman meydançaları istifadəyə verilib. Hazırda paytaxt sakinlərinin istək və müraciətlərini nəzərə alaraq Yeni Bulvar ərazisində idman meydançasının genişləndirilməsi davam etdirilir. Xüsusi olaraq qeyd etmək istərdim ki, yaxın gələcəkdə sağlamlıq imkanları məhdud insanlar üçün də yeni idman qurğularının və pandusların quraşdırılması nəzərdə tutulur. Ümumiyyətlə, Bakı bulvarının tarixinin öyrənilməsi, dövlət bayrağının təbliğ olunması ilə bağlı yeni layihələrin həyata keçirilməsi də 2018-ci ilin tədbirlər planında xüsusi yer tutur.

-Hər il Bulvar ərazisində uşaqlar üçün müxtəlif aksiyalar təşkil olunur. Bəs növbəti ildə uşaqları hansı yeniliklər gözləyir?

- Bildiyiniz kimi, Milli Parkda bütün yaş hədlərində olan əhalinin tələblərinə uyğun şərait yaradılıb. Dənizkənarı Bulvar İdarəsi tərəfindən vətəndaşların və xarici qonaqların rahatlığının və istirahətinin yüksək səviyyədə təşkil olunması məqsədilə tərəfimizdən bütün zəruri tədbirlər həyata keçirilir. Bakı bulvarına gələnlər arasında uşaqlar və gənclərin çoxluğunu nəzərə alaraq onların əyləncəsi tərəfimizdən diqqətdə saxlanılır. Hər il uşaqlar və yeniyetmələr üçün bayram günlərində xeyriyyə aksiyaları təşkil olunur və bu dəfə də - Yeni il öncəsi uşaqların sevincinə səbəb olacaq layihələrimiz davam etdiriləcək.

- Son illər Dənizkənarı Milli Parka çoxsaylı ziyarətçi axını müşayiət olunur. Bununla bağlı tərəfinizdən hansı işlər həyata keçirilir?

-Bu gün Bakı bulvarı yerli sakinlərin və xarici turistlərin sevimli gəzinti və istirahət yerinə çevrilib. Paytaxtın tarixi və müasir simasını təşkil edən və xüsusi təbii kompleks sayılan Dənizkənarı Milli Park təkcə estetik baxımdan deyil, həm də mədəni-kütləvi istirahət yeri kimi əhalinin rahatlığına xidmət edir.

Dənizkənarı bulvara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 29 dekabr tarixli müvafiq Fərmanı ilə Milli Park statusunun verilməsi bu məkanın həyatında yeni səhifə açaraq bulvar tədricən öz görkəmini dəyişməklə dünyanın ən gözəl parkları sırasına daxil edilib. Bakının müasir siması və Dənizkənarı Milli Park Prezident İlham Əliyevin ideyası və şəxsi təşəbbüsü ilə müasir görkəmə qovuşub. Hazırda Bakı bulvarı hər iki istiqamətdə - Ağ Şəhər bulvarından Bayıl bulvarına qədər genişləndirilərək uzunluğu 16 kilometrə çatdırılıb. Birinci istiqamət Dövlət Bayrağı Meydanından - Daş Salnamə Muzeyinin qarşısından Bibiheybət istiqamətində genişləndirilərək Bayıl bulvarı, digər istiqaməti isə Dəniz Ticarəti limanından “Bulvar” otelinə kimi uzadılaraq Ağ Şəhər bulvarı adlanır. Deyim ki, görülən bütün işlər yerli və xarici ölkə vətəndaşlarının rahatlığının təminatı, eyni zamanda bu məkana üz tutmaq üçün nəzərdə tutulur.

-Bildiyiniz kimi, Dənizkənarı Milli Parkı çoxlu sayda insan ziyarət edir. Burada insanların təhlükəsizliyi necə təmin olunur?

- Dənizkənarı Milli Parkın ərazisi xüsusi mühafizə olunan dövlət əhəmiyyətli təbiət ərazilərinə aid olunur. Dənizkənarı Bulvar İdarəsinin əsasnaməsinə uyğun olaraq ərazidə mühafizə xidməti fəaliyyət göstərir. Parkın bütün ərazisində 24 saat ərzində Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətinin əməkdaşları tərəfindən xidmət aparılır. Qeyd etmək istərdim ki, Dənizkənarı Milli Park ərazisində intihara cəhd halları baş verərkən idarəmizin mühafizə xidmətinin əməkdaşları tərəfindən dəfələrlə bu şəxslərə yardım göstərilərək onların həyatı xilas edilib. Ərazidə bu tipli hadisələr baş verdikdə tərəfimizdən Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının əməkdaşları ilə təcili və təxirəsalınmaz tədbirlər görülür. Bütövlükdə isə Dənizkənarı Milli Parkda ictimai asayişin qorunmasına və insanların təhlükəsizliyinin təmin olunmasına Daxili İşlər Nazirliyinin müvafiq xidmət strukturları nəzarət edir. Bundan əlavə, Bulvarın ərazisində müşahidə kameraları quraşdırılıb ki, bu da əraziyə fasiləsiz nəzarət etməyə imkan yaradır.

-Bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə müəssisələri fəaliyyət göstərir. Onların qiymətlərinə siz tərəfdən necə nəzarət olunur?

-Dənizkənarı Milli Parkın ərazisində həm dövlət, həm də özəl sektora məxsus müxtəlif növ müəssisələr fəaliyyət göstərir. Dənizkənarı Bulvar İdarəsi öz səlahiyyətləri çərçivəsində burada fəaliyyət göstərən iaşə müəssisələrində menyuların müxtəlif dillərdə tərtib olunmasına və qiymətlərin əvvəlcədən bəyan edilməsini tövsiyə edir. Bununla yanaşı, idarədə fasiləsiz olaraq qaynar xətt fəaliyyət göstərir. Bulvardakı xidmətlərdən narazı qalan şəxslər həmin qaynar xəttə müraciət edə bilərlər. Onu da deyim ki, qiymətlərin süni artırılması ilə bağlı qaynar xəttə olunan şikayətlər əvvəlki illərə nisbətən azalıb və gələcəkdə də bu məsələlər səlahiyyətlərimiz çərçivəsində diqqətdə saxlanacaq.

-Dənizkənarı Milli Parkda abadlıq, dizayn, insanların təhlükəsizliyi, əyləncə avadanlıqlarının quraşdırılması işi hansı beynəlxalq təcrübələrə əsaslanır?

- Bulvar ərazisində sadalanan istiqamətdə görülən işlər dünyanın inkişaf etmiş dövlətlərinin beynəlxalq təcrübəsinə əsaslanır. Bulvara xaricdən gətirilmiş bitkilərə Türkiyə, Almaniya, Hollandiya, İtaliya, Niderland və digər ölkələrin təcrübələrinə və öz iqlim xüsusiyyətlərinə əsaslanaraq aqrotexniki qulluq həyata keçirilir. Bildirim ki, ərazidə yerləşən attraksion və qurğuların keyfiyyətinə və iş prinsipinə nəzarət Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Eləcə də əyləncə avadanlıqlarının, karusellərin, attraksionların quraşdırılması və istismarı zamanı Niderland, Fransa, Almaniya, İsraildən olan mütəxəssislərin təcrübəsindən istifadə edilir. Gələcəkdə də Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətində beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi beynəlxalq təcrübəyə əsasən həyata keçiriləcək.

-Dənizkənarı Milli Parkın ərazisində quraşdırılan internet sistemləri necə işləyir? İstirahət edənlər sistemdən rahat şəkildə istifadə edə bilirmi?

-Bakı bulvarının 200 ha yaxın bütün ərazisində “Pulsuz Wi-Fi” şəbəkəsi quraşdırılıb. Cari il martın 19-da Dənizkənarı Milli Park ərazisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “İctimai internet” şəbəkəsinin əhatə dairəsinə daxil edilib. Həmin tarixdən etibarən, paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərində rahat şəkildə pulsuz internetdən istifadə edə bilirlər. Mayın 10-dan isə Ağ Şəhər zonası şəbəkənin əhatə dairəsinə daxil edilib.

-Milli Park xarici turistlərin ən çox ziyarət etdikləri məkandır. Xarici vətəndaşlar burada onlara göstərilən xidmətdən razı qalırlarmı?

-Bildiyiniz kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasının Turizm Şurası yaradılıb. Bu Şurada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi də təmsil olunur. Dənizkənarı Bulvar İdarəsi turizm sahəsinin Azərbaycan iqtisadiyyatının inkişafında əsas prioritet sahələrdən biri olduğunu nəzərə alaraq, bu istiqamətdə ölkədə həyata keçirilən dövlət siyasəti və proqramlarında iştirak edir, turizmin inkişafı və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Qeyd etmək istərdim ki, Bulvar ərazisində xarici turistlərin sayı ildən-ilə artır və şübhəsiz ki, gələn turistlərin əksəriyyəti bulvar ərazisində olan xidmətlərdən istifadə edirlər. Paytaxtımızı ziyarət edən qonaqların şəhərimiz ilə tanışlığı ilk növbədə Bakı bulvarından başlayır. Bu gün Bulvar paytaxtımızda keçirilən mədəni-kütləvi, beynəlxalq tədbirlərin və idman yarışlarının mərkəzinə çevrilib. Bunun bariz nümunəsi kimi, 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinin, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının və “Formula -1” yarışlarının bu ərazidə keçirilməsini misal göstərmək olar. Artıq iki ildir ki, Heydər Əliyev Fondu tərəfindən keçirilən Bakı Marafonu Dövlət Bayrağı Meydanından start götürür və Dənizkənarı Milli Park Marafonun əsas istiqamətini təşkil edir. Eyni zamanda, hər il dövlət səviyyəsində qeyd olunan Novruz şənlikləri və digər əlamətdar günlər ənənəyə uyğun olaraq Dənizkənarı Milli Parkın ərazisində yüksək səviyyədə təşkil olunur. Bu gün biz xarici turistlərin və şəhərimizin qonaqlarının Bakı bulvarının gözəlliyinə heyran olduğunu və Dənizkənarı Milli Parkımızın onlarda böyük təəssüratlar yaratdığının şahidi oluruq. Çox sevindirici haldır ki, bu günə qədər Dənizkənarı Bulvar İdarəsinin qaynar xəttinə xarici turistlər tərəfindən şikayət daxil olmayıb. Onu da qeyd etmək istərdik ki, idarəmiz əməkdaşların xarici dil qabiliyyətlərinə xüsusi diqqət yetirir, onların treninq və xarici dil kurslarında iştirakını təmin edir. Görülən bütün bu işlər, Bakı bulvarını ziyarət edən turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün daha da geniş imkanlar yaradır və gələcəkdə bu istiqamətdə layihələr tərəfimizdən həyata keçiriləcək.

-Maraqlı müsahibə üçün çox sağ olun.

 

Ceyhun Alışlı,

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub