Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Bakı, 14 noyabr, AZƏRTAC
IX Bakı Beynəlxalq Kitab Sərgisində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun da nəşrləri yer alıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, sərgidə Əlyazmalar İnstitutunun 19 kitabı nümayiş olunur. Stenddə iştirakçılara 9 monoqrafiya, institut materiallarının tərcümə və ya transfoneliterasiya olunmuş nüsxələri, o cümlədən Heydər Əliyev və Zəfər tariximizlə əlaqədar olan materiallar təqdim edilir.
Noyabrın 15-də isə Beynəlxalq Kitab Sərgisinin “Şuşa” təqdimat zonasında Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlinin “Heydər Əliyev və klassik irsimiz” monoqrafiyasının təqdimat mərasimi keçiriləcək.