Əməkdar jurnalist məktəblilərlə görüşəcək
Bakı, 25 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü noyabrın 26-da paytaxtdakı 132-134 nömrəli təhsil kompleksində keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki qonağı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Əməkdar jurnalist Elçin Mirzəbəyli olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:57]
Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir
- 10.08.2026 [16:06]
BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
- 10.08.2026 [15:29]
UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub
- 10.08.2026 [15:20]
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
- 10.08.2026 [14:31]