ƏMƏKDAŞLIĞIN YENİ FORMALARI MÜZAKİRƏ OLUNMUŞDUR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova təsisatın fəaliyyətinin əsas istiqamətləri barədə məlumat vermişdir. O,ombudsmana müraciət edən vətəndaşların iqtisadi hüquqlarının pozulması ilə bağlı ərizələrinin İqtisadi İnkişaf Nazirliyinə göndərildiyini və bu şikayətlərin müəyyən qisminin müsbət həll olunduğunu söyləmişdir. Ombudsman respublikamızda yoxsulluğun azaldılması üzrə Milli Fəaliyyət Planının hazırlanmasında İqtisadi İnkişaf nazirinin səylərini qeyd etmişdir.
İqtisadi inkişaf naziri Fərhad Əliyev nazirliyin iqtisadi proqnozlaşdırma, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə əməkdaşlığından danışmış, xarici iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən strukturlar və regional qurumlar barədə məlumat vermiş, nazirliyin bu bölmələrinin səmərəli fəaliyyəti nəticəsində vətəndaşların müraciətlərinin azaldığını qeyd etmişdir.
Nazir beş yüz mindən çox vətəndaşın özəlləşmədən bəhrələndiyini bildirmiş, özəlləşmə və dövlət mülkiyyətinin idarə edilməsi departamentinin bu istiqamətdə mühüm iş apardığını bildirmişdir. Sahibkarlığın inkişafı üçün hazırda vəsaitin artırıldığını, fonddan istifadə qaydalarının təkmilləşdirildiyini, tenderlərin əhəmiyyətini qeyd etmişdir.
Nazir 1600 səhmdar cəmiyyətinin formalaşdığını və onların müəssisələrində vətəndaşların işlə təmin olunduğunu bildirmişdir.
Görüş canlı dialoq və diskussiya şəraitində keçmişdir. Ombudsman və iqtisadi inkişaf naziri əməkdaşlığı bundan sonra da davam etdirməyi zəruri hesab etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]