EMİN SABİTOĞLUNUN YUBİLEYİNƏ HƏSR EDİLMİŞ ELMİ KONFRANS
Akademiyadan AZƏRTAC-ın müxbirinə demişlər ki, konfransda çıxış edənlər Emin Sabitoğlunun əsasən mahnı, musiqili komediya, teatr və kino musiqisi müəllifi kimi geniş şöhrət qazanmasından, lirik mahnılarının ürəklərə asanlıqla yol taparaq dilləri əzbəri olmasından, Bakı Musiqi Akademiyasının professoru kimi pedoqoji fəaliyyətdən danışmış, xatirələrini söyləmişlər.
Natiqlər vurğulamışlar ki, mərhum sənətkarın musiqili komediyaları milli koloriti, lirik və yumorlu musiqi dili ilə fərqlənərək, Emin Sabimtoğlunu ölkəmizdə bu janrın zəngin ənənələrinin layiqli davamçısı kimi tanıtmışdır. Akademik Milli Dram Teatrında və digər teartlarda səhnəyə qoyulmuş bir çox tamaşaların uğur qazanmasında məhz Emin Sabitoğlunun yazdığı musiqinin böyük rolu olmuşdur.
Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi Ceyran Mahmudova atasının xatirəsinə və yaradıcılığına göstərilən diqqətə görə bəstəkarın ailəsi adından minnətdarlığını bildirmişdir.