“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılıb
Bakı, 23 yanvar, AZƏRTAC
“Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat” müsabiqəsi keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, müsabiqədə seçilən təqdimatların mövzuya uyğunluğu, nəzəri əsaslarının mövcudluğu, yaradıcı yanaşma, əldə edilən nəticənin aydın və səlis olması, elmi bilik və təcrübənin inkişafı kimi meyarlar əsas götürülür.
Müsabiqə üzrə təqdimatlar Münsiflər heyəti tərəfindən dinlənilir. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, BŞTİ-nin əmrinə uyğun olaraq keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaq, onlarla aparılan işləri daha da gücləndirmək və fəaliyyətlərinə stimul verməkdən ibarətdir.