Energetika nazirliyinin kollektivi Ulu Öndərin xatirəsini yad edib
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar energetika naziri Pərviz Şahbazov və nazirliyin kollektivi Ulu Öndərin xatirəsini yad edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika naziri və nazirliyin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla anıblar.