DÜNYA
Ər-Riyadda “Saudi Defense Show” beynəlxalq müdafiə sənayesi sərgisi açılıb
Qahirə, 6 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Saudi Defense Show” beynəlxalq müdafiə sənayesi sərgisinin açılışı olub.
AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, 40 ölkədən 600-dən çox rəsmi qurum və özəl şirkətin iştirak etdiyi sərgini 30 mindən çox insanın ziyarət edəcəyi gözlənilir. Əsas təşkilatçı qismində iştirak edən Səudiyyə Ərəbistanının Hərbi Sənaye Baş İdarəsi bildirib ki, krallıqda ilk dəfədir keçirilən müdafiə sənayesi sərgisində hərbi texnika, o cümlədən texnologiyanın son nailiyyətləri olan dronlar, hava hücumundan, həmçinin, dəniz və kosmik müdafiə sistemləri nümayiş etdirilir. Ümumilikdə isə müxtəlif ölkələrin və şirkətlərin pavilyonlarına Ər-Riyadın şimalında 800 min kvadratmetr sahə ayrılıb.
Sərgi çərçivəsində Səudiyyə Ərəbistanı ordusunun komanda mərkəzində kiber hücumların dəf edilməsi üzrə təlim də keçiriləcək. Krallığın rəsmiləri bəyan ediblər ki, tədbirdə iştirak edən iri müdafiə sənayesi şirkətləri ilə ən müasir texnologiyaların birgə istehsalına dair danışıqlar da aparılacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2024 [18:14]
Türkiyə “Altay” tankının kütləvi istehsalına başlayır
- 29.05.2024 [17:47]
Anaklia limanının investorları Çin şirkətləri olacaq
- 29.05.2024 [17:43]
İngiltərədə gənc həkimlər növbəti tətilə hazırlaşırlar
- 29.05.2024 [17:21]
“Evdə tək” filmindəki ev satışa çıxarılıb
- 29.05.2024 [17:17]
“Hitachi” və “Google Cloud” süni intellekt sahəsində əməkdaşlıq edəcəklər
- 29.05.2024 [17:08]
Frensis Bekonun rəsm əsəri oğurlandıqdan 9 il sonra tapılıb
- 29.05.2024 [17:04]
Londonda Fələstinə dəstək aksiyası zamanı 40 nəfər saxlanıb
- 29.05.2024 [16:19]
Türkiyədə “EFES-2024” hərbi təlimləri davam edir
- 29.05.2024 [16:08]