“ERMƏNİ TERRORU: GƏLƏCƏYİMİZƏ QARŞI QƏSD” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
“Gənc Liderlər” Uşaq Təşkilatından AZƏRTAC-a bildirmişlər ki, iyulun 16-da bu qurumun təşəbbüsü ilə «Erməni terroru: gələcəyimizə qarşı qəsd» mövzusunda tədbir keçirilmişdir.
Uşaq təşkilatının sədri Fərid Şahbazlı erməni silahlı qüvvələrinin Azərbaycana hücumları zamanı yüzlərlə uşaq və gəncin qətlə yetirildiyini, onların əsas hədəfinin ölkəmizin genofondu olduğunu diqqətə çatdırmışdır. Bu məsələdə Ermənistan rəhbərliyinin, xüsusilə sabiq prezident Robert Koçaryanın cinayət əməllərindən danışan sədr onun beynəlxalq səviyyədə uşaqların düşməni kimi tanınmasının vacibliyini vurğulamışdır.
Çıxış edən digər natiqlər də ermənilərin vəhşiliklərinə dair konkret misallar çəkərək, cinayətkarların cəzalandırılmasını vacib saymışlar.
Sonda tədbir iştirakçılarına Xocalı faciəsi zamanı işgəncələrə məruz qalmız uşaqlarla bağlı faktlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]