Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başlayıb VİDEO

Bakı, 6 mart, AZƏRTAC

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 6-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iclasda iştirak ediblər.

Məhkəmə iclasında sədrlik edən hakim əvvəlcə təqsirləndirilən şəxs Bako Sahakyana hüquqlarının müdafiəsi üçün dövlət hesabına əlavə vəkil təyin olunması barədə məlumat verərək müdafiəçisini ona təqdim edib. Bako Sahakyan yeni müdafiəçiyə etiraz etmədiyini bildirib.

Məhkəmə iclasının sədri dindirməni başlayarkən təqsirləndirilən şəxslərin hər birinə onlara elan olunmuş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif edib.

Budəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslər Davit Manukyan, Qurgen Stepanyan, Davit Allahverdiyan, Melikset Paşayan, Qarik Martirosyan, Levon Balayan, Madat Babayan sərbəst ifadə veriblər.

Sərbəst ifadə verən Ermənistanda anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, qondarma rejimin qanunsuz silahlı birləşmələrində “komandanın 1-ci müavini”, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri işləmiş təqsirləndirilən şəxs Davit Manukyan ifadəsində Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib. O, hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirərək deyib: “Birinci müharibə zamanı xidməti mövqeyim, vəzifəm olmayıb. İkinci müharibə zamanı isə olub. Amma bütün bunlar mənim xidməti öhdəliklərimdən qaynaqlanıb. Xüsusilə müharibənin planlaşdırılması... Mənim öhdəliklərimdə, vəzifə borcumda aydın şəkildə yazılıb: “Döyüş hazırlığı ilə məşğul olmaq”. Orada müharibənin planlaşdırılması yoxdur. Bu, anlaşılan deyil, əlaqəsizdir”.

O, Birinci Qarabağ müharibəsi zamanı sıravi əsgər olduğunu xatırladaraq bildirib: “Mən sıravi əsgər statusunda olmuşam, döyüş əməliyyatlarında iştirak etmişəm. 1993-cü il fevralın 28-də Ağdərə istiqamətində yaralanmışam. 1994-cü ildə yenidən xidmətə qayıtmışam... Müharibədən sonra da xidmətə davam etmişəm, zabit rütbəsi almışam”.

Təqsirləndirilən şəxs qondarma rejimin “Təhlükəsizlik Şurası”nın iclaslarında iştirak etmədiyini vurğulayaraq deyib: “İclaslarda əsas üzv, müşahidəçi qismində iştirak etməmişəm, onun keçirildiyi barədə də məlumatım olmayıb”.

O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu da bildirərək qeyd edib: “Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.

Davit Manukyan 2021-ci ilin dekabrında hərbi xidmətdən məzuniyyətə çıxdığını, 2022-ci ilin yanvarında isə vəzifəsini təhvil verdiyini, habelə Ermənistan Respublikasının vətəndaşlarının qondarma rejimin “ordusu”nda hərbi xidmət keçdiyini qeyd edərək diqqətə çatdırıb: “Bir qədər geriyə qayıdım. Orduda 2020-ci ildən sonra kifayət qədər ixtisarlar baş verdi. Diviziyanı da ixtisar aparıb briqada səviyyəsinə saldılar”.

O, həmçinin 2020-2023-cü illər ərzində Qarabağda təxminən 10 minədək hərbi qulluqçunun olduğunu deyib. Bundan başqa, istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini söyləyib.

Təqsirləndirilən şəxs evində tapılmış silahlar barədə də danışıb: “Mənim Xankəndidəki mənzilimdə iki silahım olub. Biri tapança, o birisi isə yivli ov tüfəngi. Hər iki silah Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır”.

Təqsirləndirilən şəxs Qurgen Stepanyan 2005-2007-ci illərdə Hadrutda müddətli hərbi xidmət keçdiyini, 2023-cü ildə isə döyüş postuna aparıldığını bildirərək deyib: “Sentyabrın 19-da postdan Xankəndiyə qaçmağa başladıq, yolda sizin hərbçilərlə qarşılaşdıq, onlara təslim olduq”.

Təqsirləndirilən şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini və məhkəmə istintaqı zamanı da cavab verəcəyini bildirib. “Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, - deyə o əlavə edib.

Digər təqsirləndirilən şəxs Melikset Paşayan ifadəsində ittihamlarla tanış olduğunu bildirib. O, sovet ordusunda xidmət etdiyini, 1993-cü ildə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün qondarma rejimin “hərbi komissarlığı”ndan çağırış aldığını söyləyərək deyib: “1994-cü il atəşkəsinə qədər mən ancaq Ağdamda mövqe qorumuşam. 2020-ci ildə 44 günlük müharibə zamanı isə kənddəki oğlanlarla qərara gəlib mövqeləri qorumağa getdik. Üç-dörd həftə mövqe qoruduq”.

Melikset Paşayan 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı barmağından yaralandığını, sonra isə tutulduğunu bildirib.

Təqsirləndirilən şəxs Qarik Martirosyan ifadəsində Birinci Qarabağ müharibəsində Ağdam rayonunda ön postlarda olduğunu etiraf edərək bildirib: “İkinci Qarabağ müharibəsində isə Əsgəran rayonunda olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam”.

Təqsirləndirilən daha bir şəxs Levon Balayan ifadəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı Ermənistan dövlətinin nəzarətində olan qondarma rejimin “ordusu”nda xidmət etdiyini söyləyib.

Təqsirləndirilən şəxs Madat Babayan isə 1992-ci ildə Xocalıda olduğunu etiraf edib. O vurğulayıb: “1992-ci ildə Xocalıda olmuşam. Məni çağırdılar getdim. Dedilər burada meyitlər var, gəl dəfn edək. Mən də aparıb yerini göstərdim”.

Ardınca təqsirləndirilən şəxs Bako Sahakyan söz istəyərək qısa çıxış edib. O, Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərən qondarma rejimin “prezidenti” kimi gördüyü işlərdən danışıb. Habelə ibtidai istintaq dövründə verilən sualları cavablandırması üçün ona geniş imkanların yaradıldığını qeyd edib.

Bundan sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Qarabağın Azərbaycanın suveren ərazisi olmasını və Ermənistanın Qarabağı öz ərazisinə birləşdirmək niyyətini təsdiq edən tarixi sənədləri, yəni:

- DQMV Vilayət Xalq Deputatları Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi barədə Azərbaycan və Ermənistan SSR Ali sovetlərinə Müraciət haqqında” 1988-ci il 20 fevral tarixli qərarı;

- “DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə verilməsi və bu barədə SSRİ Ali Sovetinə müraciət edilməsi haqqında” Ermənistan SSR Ali Sovetinin 1988-ci il 15 iyun tarixli qərarı;

- SSRİ Ali Soveti Rəyasət Heyətinin “DQMV-nin Ermənistan SSR-in tərkibinə verilməsi haqqında Ermənistan SSR Ali Sovetinin 1988-ci il 15 iyun tarixli qərarının və DQMV Vilayət Xalq Deputatları Sovetinin 1988-ci il 20 fevral tarixli vəsatətinin SSRİ Konstitusiyasına zidd olması barədə” 1988-ci il 18 iyul tarixli qərarı;

- SSRİ Konstitusiyasının 78-ci maddəsi;

- Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə barəsində Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli qərarı;

- 1991-ci il 2 sentyabr tarixli “Dağlıq Qarabağ Respublikasının elan edilməsi haqqında qərar və bəyannamə”ni və digər sənədləri təqdim edib.

Bundan sonra Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Fuad Musayev Ermənistan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliyin özəyini təşkil edən, 1980-ci illərdə Qarabağda və Ermənistanda yaradılmış 40-a qədər “Böyük Tiqran”, “David Sasunski”, “Arçiv”, “Daşnaksakaner”, “Şuşa”, “Sasun”, “Maral”, “Ağdərə bölüyü”, “Xankəndi alayı”, “Sisiyan bölüyü”, “Hadrut bölüyü”, “Sasna Srer bölüyü”, “Xaçlılar”, “Erkrap-Könüllülər dəstəsi”, “Malatiya”, “Arabo”, “Muş” və digər qanunsuz silahlı birləşmələrin yaradılması, məqsədləri, fəaliyyəti və rəhbərlərinə dair sənədləri təqdim ediblər.

Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyana tədqiq edilmiş sənədlərə münasibət bildirməsi, qeyd olunan qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla əlaqələri, fəaliyyəti, onun bu birləşmələrin fəaliyyətində iştirakı, Ermənistanda və Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağda yaradılmış “Krunq” təşkilatında fəaliyyəti ilə əlaqədar həbs edilməsi, “böyük Ermənistan” və “Miatsum” cinayətkar ideologiyaları barədə suallar verilib.

Təqsirləndirilən şəxs “Krunq” təşkilatının fəaliyyətində iştirak etmədiyini, həmin dövrdəki həbsinin bu təşkilatdakı fəaliyyətinə görə olmadığını, sadalanan qanunsuz silahlı birləşmələrin rəhbərlərinin adlarının hər kəsə məlum olduğunu, o cümlədən bu gün məhkəmədə tədqiq edilən sənədlərdə bu şəxslərin adının qeyd olunduğunu, lakin özünün həmin adları çəkməyəcəyini bildirib.

Məhkəmənin növbəti iclası martın 10-na təyin olundu. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyət baxımından verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunur.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan Davit Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına