ERMƏNİSTAN TÜRKİYƏ İLƏ DOSTLAŞMAQ İSTƏYİR?
Sənəddə vurğulanır ki, guya “Ermənistan qonşularla münasibətlər məsələsində regionda sabitlik və təhlükəsizlik olmasını arzulayır, bu münasibətlərin konstruktiv şəkildə inkişafına və yaxşılaşdırılmasına ardıcıl surətdə çalışır. Respublika Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəldilmiş səylər göstərir və ATƏT-in Mİnsk qrupunun səylərinə hərtərəfli yardım edəcəkdir”.
Sən demə, “Ermənistan Türkiyə ilə münasibətləri tənzimləməyə çalışır və bu ölkə ilə konstruktiv dialoqu, o cümlədən həmin məqsədlər üçün Türkiyə ilə əlaqələri sahmanlamaqdan ötrü ardıcıl fəaliyyət göstərəcəkdir”. Hər halda, sənəddə belə iddia edilir.
Ancaq xatırladaq ki, Ermənistan Rusiyanın hərbi-strateji tərəfdaşıdır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, habelə Rusiyanın Cənubi Qafqazda hərbi dayağıdır. Ona görə də Avropa qurumlarına, o cümlədən NATO-ya tərəf meyil etmək cəhdləri yalnız “ikili standartlar” siyasəti ola bilər. Rusiya ilə NATO arasında münasibətlərin mürəkkəb olduğu və Rusiya NATO-nun sərhədlərinin Şərqə doğru genişlənməsinin həmişə əleyhinə çıxdığı bir vaxtda Ermənistanın xarici siyasəti kifayət qədər ikiüzlü və riyakar siyasət təsiri bağışlayır. Ermənistanın ATƏT-in Minsk qrupunun səylərinə hərtərəfli yardım göstərmək barədə bəyanatına da inanmaq olmaz, çünki onun qeyri-konstruktiv mövqeyi və status-kvo vəziyyətini saxlamaq cəhdi göz qabağındadır.
Ermənistanın uydurma “erməni soyqırımı”nı tanımağı və deməli, Türkiyədən pul kompensasiyaları tələb etdiyi bir vaxtda “Türkiyə ilə konstruktiv dialoq” qurmaq niyyətindən isə danışmağa dəyməz.