Ermənistanda siyasi qalmaqal: parlament Konstitusiya Məhkəməsi sədrinin istefasına səs verdi
Bakı, 4 oktyabr, AZƏRTAC
Ermənistanda növbəti siyasi qalmaqal baş verib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, parlamentdə baş nazir Nikol Paşinyanın tərəfdarlarından ibarət “Mənim addımım” blokunun təşəbbüsü ilə iqtidarın mübahisəli və qanunsuz qərarlarına etiraz edən Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın istefası gündəliyə çıxarılıb. Ermənistan parlamentinin 98 deputatının lehinə səs verdiyi bu təşəbbüs təsdiq edilib və müvafiq qərar baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib. Onun səlahiyyətlərinə xitam verilməsi üçün məhkəmənin 9 üzvündən 6-nın parlamentin qərarını təsdiq etməsi tələb olunur.
Ölkənin ədliyyə naziri Rustam Badasyan bildirib ki, Konstitusiya Məhkəməsinin sədri bir sıra ciddi səhvlərə yol verib. Qrayr Tovmasyan isə jurnalistlərə müsahibəsində bildirib ki, Konstitusiya Məhkəməsinin ətrafında cərəyan edən proseslər siyasi xarakter daşıyır. Onun sözlərinə görə, bu təqiblərin məqsədi Konstitusiya Məhkəməsini neytrallaşdırmaq yolu ilə qəbul ediləcək qanunsuz siyasi qərarların önünü açmaqdır.
İclasda çıxış edən Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan da Konstitusiya Məhkəməsinin sədrinin öncəki hakimiyyətin əsas müdafiəçilərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, sabiq prezidentlərin komandaları ölkəni talan ediblər və Qrayr Tovmasyan kimi hüquqşünaslar vasitəsilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [08:38]
Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları
- 17.06.2026 [08:04]
Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib
- 17.06.2026 [07:03]
İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır
- 17.06.2026 [05:14]
Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir
- 16.06.2026 [23:43]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:41]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:35]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:29]