Əruz ədəbiyyatı silsiləsindən növbəti kitab işıq üzü görüb
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsi əruz ədəbiyyatı silsiləsindən AYB-in üzvü Əşrəf Pirşağılının “Sən də gəl” kitabını çap etdirib.
AZƏRTAC xəbər verir ki, kitabın təqdimat mərasimində AYB-in Xəzər bölməsinin sədri Arif Buzovnalı belə tədbirlərin silsilə olaraq keçirildiyini qeyd edib. Bildirib ki, bölmə bir çox şairlərin kitabını çap etdirməyi qarşısına məqsəd qoyub. Bakı ədəbi mühitinin zənginliyindən danışan sədr, bu nəşrlərin Azərbaycan əruz ölçülü şeirin daha da sevilməsində rol oynayacağını söyləyib.
Daha sonra tədbiri müasir dövrdə əruzun təlim və təbliğində xüsusi rol oynayan AYB Xəzər bölməsinin üzvləri davam etdirib və şairin kitabında yer alan qəzəl, qəsidələri oxunub.