“ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI SAHƏLƏRİNDƏ RİSKİN QİYMƏTLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, iyulun 15-də “Crescent Beach” mehmanxanasında “Ərzaq və kənd təsərrüfatı sahələrində riskin qiymətləndirilməsi” mövzusunda dördgünlük seminar başlamışdır.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Kənd Təsərrüfatı Departamentinin (USDA) birgə təşkil etdikləri təlim kursunun məqsədi riskin qiymətləndirilməsinin əsas konsepsiyaları və vasitələri ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verməkdir.
USDA-nın risk analitiki Heejeong Latimer bildirmişdir ki, Dünya Ticarət Təşkilatının tələblərinin yerinə yetirilməsi baxımından kənd təsərrüfatı və ərzaq məhsulları standartlarını təsbit edərkən əsas vasitə kimi riskin qiymətləndirilməsindən istifadə olunmalıdır. Bu mənada təlim zamanı təhlükənin müəyyən edilməsi, səciyyələndirilməsi, riskə məruz qalma dərəcəsinin qiymətləndirilməsi və digər sahələrə diqqət yetiriləcəkdir.
Heejeong Latimer vurğulamışdır ki, təlim kursunda riskin qiymətləndirilməsi üçün hansı məlumatların zəruri olduğunu müəyyən etməyə də kömək göstəriləcəkdir. Müvafiq tapşırıq və müzakirələrin vasitəsilə iştirakçılar öyrəndiklərini tətbiq etmək bacarığına yiyələnəcəklər.
Tədbirdə İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Səhiyyə nazirliklərinin və digər təşkilatların nümayəndələri iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]