“Əsgər marşı” şagirdlərin ifasında
Bakı, 7 avqust, AZƏRTAC
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar xeyli müddətdir evdə qalan paytaxt məktəbliləri yay tətili günlərində də vaxtlarını daha maraqlı və əyləncəli keçirmək üçün müəllimləri tərəfindən onlayn şəkildə müxtəlif tədbirlərə, aksiyalara cəlb olunurlar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxtın 7, 32, 68, 71, 116, 201, 261, 263, 288, 306, 313, 328, 329 nömrəli tam orta məktəbləri və S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası şagirdlərinin “Əsgər marşı”nı onlayn ifası əsasında hazırlanmış videoçarx xüsusi maraq doğurur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Pedaqogika üzrə fəlsəfə doktoru Nərmin Kamilovanın rəhbərliyi və dirijorluğu, həmçinin məktəblərin musiqi müəllimlərinin dəstəyi ilə ərsəyə gələn videoçarxın çəkilməsində məqsəd şagirdlərə hərbi vətənpərvərlik hisslərini aşılamaq, onların Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamını möhkəmləndirmək, məktəblilərdə dözümlülük, cəsurluq, intizam kimi mənəvi keyfiyyətləri inkişaf etdirmək, Vətənə sevgi və məhəbbət duyğularını daha da gücləndirməkdir.
Videoçarxda, həmçinin Tovuz döyüşlərində əsgərlərimizin göstərdikləri şücaətdən bəhs edilir, döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalan Vətən oğulları ehtiramla yad edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]