“Eurovision-2018” mahnı müsabiqəsinə akkreditasiya başlanır
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 29-dan “Eurovision-2018” mahnı müsabiqəsinə akkreditasiya başlanır.
AZƏRTAC xəbər verir ki, yanvarın 29-da Mərkəzi Avropa vaxtı ilə saat 16:00-dan başlanacaq akkreditasiya aprelin 6-dək davam edəcək. Jurnalistlər və fanatlar https://eurovision.tv/press saytında akkreditasiyadan keçə bilərlər.
Müsabiqənin yarımfinallarının biletləri yanvarın 30-dan satışa çıxarılacaq. Biletləri https://www.blueticket.pt/ saytı vasitəsilə əldə etmək olar.
Lissabonda keçiriləcək “Eurovision-2018” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları mayın 8-də və 10-da, final mərhələsi mayın 12-də keçiriləcək. Azərbaycanı bu müsabiqədə Aysel Məmmədova təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]