“Eurovision - 2011”-də Azərbaycan təmsilçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər
Bakı 16 may (AZƏRTAC). Mayın 16-da “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camal ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakı parkda ulu öndərin abidəsini ziyarət etmişlər. Abidənin önünə gül dəstələri qoyulmuşdur.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı müsabiqədə layiqincə təmsil edən cütlüyü parkda ictimaiyyət nümayəndələri, tələbələr əllərində bayraqlar, gül-çiçəklərlə böyük sevinc və fəxarətlə qarşılamışlar.
Təmsilçilərimiz ictimaiyyətə üz tutaraq bu neçə ay ərzində onlara daim dəstək olduqlarına görə minnətdarlıqlarını bildirmişlər.
Eldar Qasımov və Nigar Camal hərarətli alqışlarla yola salınmışdır.
Gənclər və İdman Nazirliyinin nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri, Milli Məclisin deputatları da qaliblərlə birlikdə olmuşlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]