Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın “Kim dedi ki, səadətə inanma” şeirindəki əsas məna insanı öz ilahi mahiyyəti barədə düşüncələrə dəvət etməsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında mahnının ifaçısı Xalq artisti Eyyub Yaqubov söyləyib.
Yeni mahnının yaradıcılığında xüsusi yeri olduğunu diqqətə çatdıran Xalq artisti deyib: “Hər mahnının yaradıcılığımda öz yeri olduğu kimi, romans janrında bəstələnən bu mahnı da mənim üçün fərqli məna kəsb edir. Düşünürəm ki, bu əsər yaradıcılığımda özünəməxsus yer tutacaq”.
Müxbir - Fidan Əlizadə
Fotoqraf - Nicat Haşımov
Videooperator - Namiq Abdullayev