Azərbaycan Dövlət İnformasiya Agentliyi

FƏAL “MOLLA NƏSRƏDDİN”Çİ İSMAYIL HƏQQİNİN 125 YAŞI TAMAM OLUR

Bakı, 21 dekabr (AZƏRTAC). Mütəfəkkir yazıçı, jurnalist və ictimai xadim C.Məmmədquluzadəyə aid mənbələrdə onun yaxın silahdaşlarından biri, fəal “Molla Nəsrəddin”çi İsmayıl Həqqi Həsənzadənin 125 yaşı tamam olur.

Tədqiqatçı jurnalist Nəriman Əliyev Gürcüstan arxivlərində və mətbuatında görkəmli maarifçi, Tiflisdə Azərbaycan teatrının yaradıcılarından, «Şərqi-Rus», «Qeyrət» və «Molla Nəsrəddin» nəşriyyatlarının ilk mürəttiblərindən biri olmuş İsmayıl Həqqinin həyat yolu və fəaliyyəti haqqında xeyli material toplamışdır.

N.Əliyev demişdir ki, İsmayıl Həsənzadə o zamanlar Ələkbər Cəfərov, Rəcəb Xocayev, İsmayıl və Ələkbər Məmmədovlarla birlikdə Azərbaycan mətbuatı sahəsində çox ağır bir şəraitdə işləməli olmuşdur. «Molla Nəsrəddin» jurnalı çıxmağa başlayanda bir müddət onun mətbəəsində işləmiş, sonra Bakıya köçmüş və orada «Kaspi» mətbəəsində mürəttiblik etmişdir. Burada o, böyük şair M.Ə.Sabirlə tanış olmuş, tanışlıq getdikcə dostluğa çevrilmişdir. «Bir xatirə» adlı yazısında İ.Həqqi Sabirlə görüşlərini və söhbətlərini çox səmimi bir dillə təsvir etmişdir. Bu xatirədə onun «Molla Nəsrəddin»dəki işi və C.Məmmədquluzadə ilə münasibətləri haqqında da maraqlı məlumat vardır. İ.Həqqi yazır «…1909-cu ildə Tiflisə, evimizə qayıtdım. Bir az istirahətdən sonra yenə mürəttib sifəti ilə «Molla Nəsrəddin» jurnalında çalışmağa başladım. Hər həftə böyük Sabirimizin ləzzətli və mənidar şeirlərini düzürdüm. 1910-cu ilin payızında redaktorumuz Mirzə Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalını Qızdırmalıya (Məşədi Həbib Zeynalov), Məmmədəli Sidqiyə və mənə tapşırıb Qarabağa getmişdi...».

Mirzə Cəlil və Məmmədəli Sidqinin məktublarından aydın olur ki, Sabirin xəstələndiyi və vəfat etdiyi, «Molla Nəsrəddin»in maddi vəziyyətinin getdikcə ağırlaşdığı 1910-1911-ci illərdə İsmayıl Həqqi fədakar və sadiq mollanəsrəddinçilərdən biri imiş. Cavan ədəbiyyat və mətbuat həvəskarı olan İsmayıl Həqqi «Molla Nəsrəddin»in öz işini davam etdirməsi üçün əlindən gələni əsirgəməmişdir; mürəttiblikdən əlavə, o, jurnalın nəşrində Mirzə Cəlilə böyük əməli yardım göstərmişdir.

İ.Həqqinin Tiflisin «Salki keçidi»ndə yaşayan həyat yoldaşı Bibixanım nağıl edərdi ki, o vaxtlar tez-tez Mirzə Cəlil, Ömər Faiq, Əliqulu Qəmküsar və başqa yazıçılar onların evinə yığışıb «Molla Nəsrəddin»in işləri barədə danışar, tədbir tökər, yazı yazıb hazırlayardılar.

Mirzə Cəlil xəstəliyinə və bəzi başqa səbəblərə görə Qarabağda Kəhrizli kəndində qalmalı olanda İsmayıl Həqqi jurnalın müvəqqəti redaktoru M.Sidqinin sağ əli idi. Məktublarından birində ədib yazır: «İsmayıldan üzr istəyirəm. Söz verirəm ki, gələn poçtla ona pul göndərim…».

O, kəndə getməyə hazırlaşdığını, redaksiyanın bir çox işlərini İ.Həqqiyə tapşırdığını qeyd edir: «Mən bu gün gedirəm kəndə Original da yoxdur. İsmayıl səndən original gözləyəcək. Nə qədər mümkün eləsən çox yaz… Bir də, ehtiyatlı yaz ki, bir şəxsiyyətə toxunmasın. Çünki dəxi mən görməyəcəm. İsmayıl mənə göndərməmiş çap edəcək».

1912-ci ildə «Molla Nəsrəddin»in nəşri müvəqqəti dayanır. Bu, jurnalın bütün dostları kimi İ.Həqqini də çox kədərləndirir. Məktublarından birində o yazır: «… İşimizin nə cür pırtlaşıq olduğu özünə məlumdur: iş təzə (mətbəə və mağaza açmasına işarə edir), ətraf borc, nişanlı adam, qənaət bilmirəm, üzüm yumşaq… «Molla Nəsrəddin»in dayanmağı bizi lap dala saldı». Bu zaman İsmayıl Həqqinin əsas işi Tiflisdəki Azərbaycan teatrına kömək etmək idi. Bəzən o, «Ölülər»də Şeyx Nəsrullahı oynayırdı.

İ.Həqqi hələ 1910-cu ildə Zubanov adlı xalq evindəki Azərbaycan teatr dəstəsinin təşkilatçılarından biri olmuş və bu dəstə ilə birlikdə İran və Türkiyə qastrollarına getmişdir. Həmin teatr dəstəsinin təşkilində və fəaliyyətində C.Məmmədquluzadənin müstəsna rolu olmuşdur.

«Molla Nəsrəddin»in müvəqqəti fasilə etdiyi vaxtlarda İsmayıl Həqqi Tiflisin Voronsovski (indiki Rustaveli) küçəsində «Şərq» adlı mətbəə və kitab mağazasında böyük iş aparmışdır. İ.Həqqidən bir neçə tərcümə də qalmışdır. «Ənvari-Şərqiyyə» adlı məcmuədən götürülmüş «Məşhur filosof Volterin təbiətlə muhavirəsi» sərlövhəli dialoq, habelə rus yazıçısı İ.Qorbunov-Posadovun «Çolaq uşaq» əsəri buna misal ola bilər.

Sovet hakimiyyəti illərində İ.Həqqi mətbuatda və Tiflisdə Azərbaycan teatrında çalışmışdır. O, 1929-1930-cu illərdə «Yeni kənd» qəzeti redaksiyasında, sonralar isə Gürcüstan SSR Elmlər Akademiyasının mətbəəsində işləmişdir. İ.Həqqi bu dövrdə də «Molla Nəsrəddin» və onun redaktoru ilə əlaqəsini kəsməmişdir. O, Mirzə Cəlillə məktublaşmışdır. Ədib «Xatiratım» adlı məşhur əsəri üzərində işləyərkən İsmayıl Həqqiyə məktub yazıb, «Molla Nəsrəddin»in nəşri ilə əlaqədar bir neçə suala cavab verməsini xahiş etmiş və ondan cavab almışdı.

İsmayıl Həqqi Həsənzadə 1938-ci ildə 53 yaşında vəfat etmişdir.

İ.Həqqi 1937-ci ildə Stalin repressiyasına məruz qalmış, ölümündən sonra, 1957-ci ildə isə bəraət almışdır.

Xatırladaq ki, dekabrın 22-də Tbilisidə İsmayıl Həqqinin anadan olmasının 125 illiyi qeyd ediləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

Tailandda parlament seçkiləri keçirilir

Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib

Yaponiyada parlament seçkiləri keçirilir

Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar

Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

İspaniya səkkizinci dəfə qitə çempionu olub

"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib

Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Tərtər sakini narkotikə görə həbs olunub

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq

İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi vətəndaşların təklifləri əsasında tamamlanır

Gürcüstan Prezidenti: Ümidvaram ki, ABŞ-la münasibətlərimiz dinamik şəkildə davam edəcək

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb

Sabahın hava proqnozu açıqlanıb

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Türkiyə Suriyanın enerji sektoruna investisiyalarda həlledici rol oynayacaq

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

İsveçdə immiqrasiya qaydalarının geri tarixlə tətbiqi planlaşdırılır

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyi təbliğ olunub

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

Salyan sakini itkin düşüb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

FHN: Daha bir qanunsuz tikili sökülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Albaniya Baş nazirinin müavini məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılıb

Yol polisi: Yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər

ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək

Enerji böhranına görə Kubada ciddi qənaət həyata keçirilir

“Axios”: Ağ Ev Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırır

Yanvarda qlobal ərzaq qiymətləri dəyişib

Tramp: İranla çox yaxşı danışıqlar apardıq

Fransada müflis olan müəssisələrin sayı artıb

“Saudia Airlines” 150 təyyarə almağı planlaşdırır

Assosiasiya: 2026-cı ildə dünyada 1 milyard dollarlıq yarımkeçirici satılacaq

AEBA: Ukraynanın enerji şəbəkəsinə hücumların güclənməsi riskləri artırır

Qazaxıstanın yeni Konstitusiya layihəsi ilə bağlı əhalidən 4 mindən çox rəy daxil olub

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Macarıstanın MOL neft-qaz şirkəti yeni obyekti istismara verməyə hazırlaşır

Mahir Məmmədov: Növbəti il ölkə çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı iclas keçirilib

Azərbaycan şahmatçısı: Ötənilki uğursuzluğu bu dəfə kompensasiya etmək istəyirəm

QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Ukrayna Prezidenti: Bəzi bölgələrdə Hərbi Hava Qüvvələrinin işi qənaətbəxş deyil

Mühacirətdə - fikir və missiya: seçim, yoxsa zərurət

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib

Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri Gürcüstanda səfərdədirlər

Almaniyanın daxili işlər naziri Budapeştdəki ekstremist hücumlarla bağlı açıqlama verib

Rəcəb Tayyib Ərdoğan: Dağıdıcı zəlzələlər fonunda Türkiyə yenidən dünyaya öz gücünü nümayiş etdirib

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət gücləndirilməlidir

Azərbaycanlı alim Moskvada beynəlxalq müsabiqədə mükafata layiq görülüb

Qazaxıstan BTC marşrutu üzrə uzunmüddətli tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir

V.Z.Nəsirlinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.Ə.Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib