Fəlsəfə İnstitutunun əməkdaşı gənclərə ailə dəyərləri və gender mədəniyyətindən danışıb
Bakı, 18 may, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzi Zaqatala nümayəndəliyinin vebinarında AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Zeynəddin Şabanov “Ailə dəyərləri və gender mədəniyyəti” mövzusunda çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Z.Şabanov əvvəlcə müasir dünyanı təhdid edən yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə aparılan təxirəsalınmaz tədbirlərin əhəmiyyətindən, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etməyin zəruriliyindən, sağlam qalmağın fəlsəfəsindən danışıb. Daha sonra məruzəçi dəyərlər, onların məzmunu, növləri, milli və bəşəri dəyərlərin fəlsəfi mahiyyətindən, dəyərlərin qorunması və təbliğində gənclərin üzərinə düşən vəzifələrdən söz açıb. Müasir dövrdə qorunub saxlanması daha çox aktuallıq kəsb edən ailə dəyərlərini təhlil edən məruzəçi bu istiqamətdə ölkədə həm dövlət, həm də vətəndaş cəmiyyəti səviyyəsində görülən işlər barədə gəncləri məlumatlandırıb, təkliflər irəli sürüb. Həmçinin müasir ailələrə təsir göstərən bəzi neqativ amillərin aradan qaldırılması, problemlərin həlli yolları barədə fikirlərini bölüşüb. Məruzəçi ailə dəyərlərinin qorunması və tamlığının hifz olunması üçün gender mədəniyyətinə əməl olunmasının vacibliyini bildirib.
Vebinara qoşulan 108 gəncdən suallarla müraciət edənlərə ətraflı cavablar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]