“Fənərbağça” və “Qalatasaray”ın xorvatiyalı sabiq futbolçusu: “Hayduk” – “Zirə” oyununda şanslar bərabərdir - EKSKLÜZİV
Bakı, 7 iyul, AZƏRTAC
Xorvatiya millisinin sabiq futbolçusu, karyerası ərzində Türkiyənin “Fənərbağça” və “Qalatasaray” kimi məşhur komandalarında oynamış Stepan Tomas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk” və Azərbaycanın “Zirə” kollektivləri arasında keçiriləcək oyunlar barədə danışıb.
49 yaşlı mütəxəssis AZƏRTAC-a eksklüziv açıqlamasında Xorvatiya təmsilçisinin ötən ilə nisbətən dəyişdiyini bildirib: “İtaliyalı məşhur veteran futbolçu Cennaro Qattuzo baş məşqçi postundan ayrıldıqdan sonra ispaniyalı Qonzalo Qarsiya bu vəzifəyə gətirildi. “Hayduk”un heyətində yaxşı futbolçular var. Əlbəttə ki, komandada müəyyən dəyişikliklər olub. “Zirə”yə gəlincə, bu kollektiv barədə məlumatım yoxdur. Sadəcə, ötən il UEFA Konfrans Liqasında “Osiyek”lə oyunlarını izləmişəm. Azərbaycan təmsilçisi penaltilər seriyasında rəqibini məğlub edərək növbəti raunda vəsiqə qazanmışdı. Bu matçda isə şansların bərabər olduğunu düşünürəm”.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də evdə, cavab matçına isə iyulun 31-də səfərdə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]
Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]