FHN əməkdaşları Qubadlıda köməksiz vəziyyətdə qalan iki nəfəri xilas ediblər
Bakı, 3 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Qubadlı rayonunun Məlikməmmədli kəndi ərazisində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Hyundai” markalı minik avtomobili torpaq yolda hərəkətdə olarkən batıb və iki nəfər köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobil çıxarılaraq vətəndaşlara müvafiq köməklik göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]