CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib
![FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib](/files/2023/3/1200x630/16975280701778118973_1200x630.jpg)
Bakı, 17 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.07.2024 [21:28]
Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb
- 04.07.2024 [18:43]