CƏMİYYƏT
FHN: Tikinti materialları bazarında baş vermiş yanğın məhdudlaşdırılıb, açıq alov mənbələri yoxdur
Bakı, 12 may, AZƏRTAC
Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb, açıq alov mənbələri yoxdur.
FHN-in mətbuat xidmətindən AZƏRTAC -a bildiriblər ki, hazırda yanğın yerində soyutma və tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.