FIDE 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə düşmək üçün şərtləri açıqlayıb
Bakı, 20 fevral, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə düşmək üçün şərtləri açıqlayıb.
AZƏRTAC federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, İddiaçlar turnirində bu dəfə də 8 şahmatçı iştirak edəcək. Artıq turnirin bir iştirakçısı məlumdur. Belə ki, amerikalı Fabiano Karuana ötən ilin sonunda şahmat tacı uğrunda keçirilən final matçının iştirakçısı kimi turnirə birbaşa vəsiqə qazanıb. İki yer dünya kubokunun finalçılarına veriləcək (əgər finalçı Maqnus Karlsen ya Karuana və ya hər ikisi olacaqsa, o zaman turnirdə onlardan sonra gələn ən yaxşı nəticə göstərmiş şahmatçı). Daha iki yer FIDE Qran-Pri seriyasında ən yüksək nəticə göstərən şahmatçılar üçün ayrılacaq. Qalan üç yerin sahibi isə Men adasında 160 şahmatçının iştirak edəcəyi “Grand Swiss” turnirinin qalibi, ən yüksək orta reytinqi olan şahmatçı (2019-cu ilin fevralından 2020-ci ilin yanvarınadək, Karlsen və Karuanadan sonra) və təşkilatçı tərəfindən seçiləcək oyunçu olacaq.
Şahmatçılarımızın İddiaçılar turnirində iştirakına gəlincə, onu qeyd etməliyik ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun bu nüfuzlu yarışa vəsiqə əldə etməsi üçün real şansları var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
- 14.06.2026 [23:21]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:02]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [21:40]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]