“Filadelfiya” rəhbərliyi Brett Braunu istefaya göndərməyə hazırlaşır
Bakı, 25 avqust, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (MBA) komandalar pley-offda mübarizəni erkən dayandırdıqdan sonra məşqçi istefaları zərurətə çevrilir. Pley-offun ilk mərhələsində “Boston”a seriyada 0:4 hesablı məğlubiyyətdən sonra “Filadelfiya”nın baş məşqçisi Brett Braun istefaya göndərilə bilər.
AZƏRTAC xəbər verir ki, artıq klub rəhbərliyi komandada ab-havanı dəyişmək istəyir. Pensilvaniyalılar bir neçə namizədlə danışıqlara başlamağı planlaşdırırlar. “Filadelfiya” rəsmiləri hazırda “Klippers”də assistent vəzifəsində çalışan “Klivlend”in sabiq baş məşqçisi Tayron Lyu ilə maraqlanır. Bununla yanaşı hazırda Brett Braunun köməkçisi kimi işləyən İme Udoka da komandaya rəhbərlik edə bilər. Siyahıda “Memfis” və “Sakramento”nun sabiq baş məşqçisi Deyv Yorger və Villanueva Universiteti komandasının çalışdırıcısı Cey Raytın da adı var.
Xatırladaq ki, Braun 2013-cü ildən “Filadelfiya”nın baş məşqçisidir. O komandanın “sükanı arxası”na keçdikdən sonra bu günə qədər bütün heyəti dəyişdirməyə imkan tapmışdı. Bu müddət ərzində Braun 3 dəfə komandanı pley-off mərhələsinə çıxara bilmişdi. Komanda baş məşqçinin başçılığı altında iki dəfə konfrans yarımfinalında oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]