Filippində dünyanın ən bahalı kurortu açılıb
Bakı, 4 may, AZƏRTAC
Filippində dünyanın ən bahalı kurortu açılıb.
AZƏRTAC “Daily Mail”ə istinadla xəbər verir ki, “Banwa Private Island” adlanan kurort Palavan arxipelaqında bütöv bir adanı əhatə edir. Müsafirlər oraya Maniladan hava yolu vasitəsilə çata biləcəklər. Doqquzyerlik hidrotəyyarədə uçuşun qiyməti 990 dollar, beşyerlik helikopterdə isə 11,6 min dollardır.
6 villadan ibarət “Banwa Private Island” kurortunda qalmaq sutkada 100 min dollara başa gəlir. Hər villada ayrıca kənarları olmayan hovuz var.
Ziyarətçilər sualtı üzgüçülüklə, yoqa və tennislə məşğul ola bilərlər. Həmçinin SPA və restoranda dincələ, su motosikleti və katamaranlarda gəzə bilərlər. Adada həmçinin ekzotik quşlara və dəniz tısbağalarına rast gəlmək mümkündür. Onlar barəsində “Banwa Private Island” kurortunda çalışan mütəxəssislər qonaqlara məlumat verə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]