Fiziki infrastruktur üzrə İşçi Qrupunun Fəaliyyət Planı müzakirə olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İşçi Qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun sədrliyi ilə keçirilmiş iclasda 2021-ci ilin 9 ayı ərzində Fiziki infrastruktur üzrə İşçi Qrupunun Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş işlər, icrası davam edən işlər üzrə cari vəziyyət, qarşıda duran vəzifələr və əvvəlki iclasda qəbul olunmuş qərarların icra vəziyyəti müzakirə olunub.
Fəaliyyət Planının icrası ilə bağlı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və “Azərsu” ASC-nin nümayəndələri tərəfindən təqdimatlar edilib. Daha sonra növbəti il üçün Fəaliyyət Planı layihəsi müzakirə edilib, bu istiqamətdə işlərin sürətləndirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]