“Fly Jordan” Sarayevo-Amman-Sarayevo istiqamətində yeni aviareys açacaq
Sarayevo, 15 iyul, AZƏRTAC
İyulun 20-də “Fly Jordan” şirkəti Sarayevo və Amman şəhərlərini birləşdirən yeni aviareys açacaq.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın İordaniyadakı səfiri Mato Zeko məlumat verib. Diplomat qeyd edib ki, uçuşlar həftədə bir dəfə olmaqla, şənbə günləri, cari ilin oktyabr ayının sonunadək həyata keçiriləcək.
“Uzun müddətdir Amman ilə Bosniya və Herseqovinanın istənilən bir məntəqəsi arasında birbaşa aviareysin açılması üzərində çalışırıq. Sarayevo prioritetdir. Biz “Fly Jordan” şirkəti ilə razılığa gəlmişik”, − deyə M.Zeko bildirib. Səfir, həmçinin İrlandiyanın “Ryanair” şirkəti ilə danışıqların aparıldığını deyib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]