Folklor İnstitutunun əməkdaşları təşəkkürnamə ilə təltif olunublar
Bakı, 22 dekabr, AZƏRTAC
AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan genişləndirilmiş iclasında Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilov və Nəşriyyat şöbəsinin müdiri Mahir Cavadov təşəkkürnamə ilə təltif olunublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik ideallarının tətbiqi və təbliği sahəsində xidmətlərinə görə təltif ediliblər.