Formula 2-nin sınaq testləri apreldə Barselonada təşkil olunacaq
Bakı, 30 mart, AZƏRTAC
Formula 2-nin sınaq testlərinin keçiriləcəyi tarix açıqlanıb.
AZƏRTAC xəbər verir ki, testlər aprelin 23-25-də Barselonada baş tutacaq. Formula 2-nin növbəti mərhələsi mayın 20-dən 22-dək Monakoda keçiriləcək.
Qeyd edək ki, cari mövsüm Formula 2 yarışı 8 mərhələdən ibarət olacaq. Yarışa martın 26-28-də Sahir trasında baş tutan Bəhreyn Qran-Prisi ilə start verilib. Mövsümə dekabrın 3-5-də "Yas Marina" avtodromunda keçiriləcək Əbu-Dabi mərhələsi ilə yekun vurulacaq. Mövsümün üçüncü yarışına Bakı şəhər halqası ev sahibliyi edəcək. Azərbaycan Qran-Prisi iyunun 4-6-na təsadüf edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]