FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN QƏZETİNİN İLK NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Formalaşmaqda olan yeni nazirliyin fəaliyyətinin işıqlandırılması, fövqəladə hallardan insanların qorunması sahəsində maarifləndirmə missiyasını üzərinə götürən bu qəzet elə ilk nömrəsindən vacib məsələləri diqqətdə saxlamışdır.
Nazirliyin qısa dövrdəki fəaliyyəti qəzetdə geniş işıqlandırılmışdır. Yaradıcı kollektiv hadisələrin xronologiyasını, qurumun formalaşdırılması sahəsində atılan ciddi addımları dolğun və inandırıcı faktlarla oxuculara çatdırmışdır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “Elə bir sistem formalaşdıracağıq ki, insanlar lazımi anda Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını yanlarında görsünlər” sərlövhəli məqaləsində yeni nazirliyin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı məqamlarına toxunulmuşdur.
Səhifələrində bir sıra digər maraqlı yazılar yer alan yeni mətbu nəşrin yaradıcı kollektivinə uğurlar arzulayırıq.